Tramp: "Putin hamını aldatdı, amma məni aldada bilməz"
ABŞ Prezidenti Donald Tramp NATO baş katibi Mark Rütte ilə görüşündə Rusiya Prezidenti Vladimir Putin haqqında sərt, lakin diqqətçəkən açıqlamalar verib. Tramp bildirib ki, Putin keçmiş ABŞ prezidentləri Bill Klintonu, Corc Buşu, Barak Obamanı və hazırkı prezident Co Baydeni aldadıb. "Amma məni aldada bilməz," – deyə o əlavə edib. Tramp, Putinlə olan söhbətlərinin xoş keçdiyini, lakin dərhal sonra Kiyevə raket hücumlarının başladığını vurğulayaraq, artıq belə danışıqların mənasız olduğunu deyib.
KONKRET.az xəbər verir ki, Tramp Ukraynaya dəstəyin vacibliyini bir daha qabardıb və bildirib ki, ABŞ olmasaydı, Ukraynanın heç bir şansı olmayacaqdı. O, Rusiyanın mövqeyindən razı olmadığını deyib və əlavə edib ki, Rusiya və onun tərəfdaşlarına qarşı 500 faizlik tariflərin tətbiqi mənasız ola bilər. Trampın sözlərinə görə, ABŞ-ın Ukraynaya hərbi yardımı bundan sonra NATO və ABŞ-ın alyansdakı daimi nümayəndəsi Uhitakerin koordinasiyası ilə həyata keçiriləcək.
ABŞ Prezidenti onu da qeyd edib ki, Kiyevə göndəriləcək növbəti hərbi yardımlar təkcə raketlərlə məhdudlaşmayacaq, həm də 17 ədəd "Patriot" hava hücumundan müdafiə sistemi yaxın vaxtlarda döyüş bölgəsinə çatdırılacaq. Trampın fikrincə, əgər Ukrayna ilə bağlı real irəliləyiş əldə olunmasa, ABŞ Konqresin təsdiqinə ehtiyac duymadan əlavə iqtisadi tədbirlər tətbiq edə bilər.
Natiq Səlim,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı