Tramp-Putin sövdələşməsi: "The Telegraph" Trampın Ukrayna planını ifşa etdi - ŞOK TƏFSİLAT

Tramp-Putin sövdələşməsi: "The Telegraph" ifşası: Trampın "minerallar sazişi" Zelenskiyə təzyiq, Putinə qaz imperiyasını bərpa şansı yaradır
ABŞ prezidenti Donald Trampın hazırladığı və "The Telegraph" tərəfindən ələ keçirilmiş gizli "bərpa planı" dünya diplomatiyasında bənzəri görünməmiş bir sənəd kimi qiymətləndirilir. Plan Ukraynaya bərpa üçün dəstək adı altında, əslində onun neft, qaz, nadir torpaq elementləri, metal və nəqliyyat infrastrukturuna tam nəzarəti ABŞ-a verən neokolonial müqavilədir.
Volodimir Zelenskiyə ultimatum: Ukrayna ya bu razılaşmanı imzalamalı, ya da ABŞ-ın dəstəyindən məhrum qalmalıdır. Müqavilədə qeyd edilir ki, Ukrayna ABŞ-a 100 milyard dollar borc ödəyənə qədər bütün gəlirlərin hamısı Vaşinqtona çatacaq. Ukrayna isə yalnız borc ödənəndən sonra gəlirin 50 faizinə sahib ola biləcək. Bunun üçün isə heç bir təhlükəsizlik zəmanəti və ya ABŞ tərəfindən maliyyə yatırımı nəzərdə tutulmur.
"Bu, əmlakın müsadirəsi sənədidir", – deyə Atlantik Şurasının enerji hüququ üzrə eksperti Alan Rayli bildirir. "ABŞ bu razılaşmadan istədiyi an çıxa bilər, Ukrayna isə yox."
Sənəddə Ukraynanın qaz, neft və mədən sektoruna aid yollar, boru xətləri, limanlar və zavodlar daxil olmaqla bütün infrastrukturuna ABŞ-ın tam nəzarəti nəzərdə tutulur. İdarəetmə Delaver ştatında qeydiyyatdan keçmiş, lakin Nyu-York yurisdiksiyasında olan fond vasitəsilə həyata keçiriləcək və fondun idarə heyətinin 3 üzvünü ABŞ təyin edəcək.
Bütün bunlar fonunda ABŞ və Rusiya arasında paralel danışıqların getməsi, xüsusilə də Qərbi Sibir qazının Avropaya qaytarılması və Nord Stream boru kəmərinin bərpası planları Kremllə gizli sövdələşmə şübhələrini artırır. Hətta Trampa yaxın maliyyəçilərin Rusiya suveren fondunun rəhbəri Kiril Dmitriyev ilə əlaqələri və ortaq enerji layihələrinə giriş imkanı da gündəmə gəlib.
Sergey Lavrovun sözləri vəziyyəti daha da aydınlaşdırır: "Əgər amerikalılar Avropaya təzyiq göstərsə və onları Rusiya qazını qəbul etməyə məcbur etsə, bu, bizim üçün qələbə olacaq".
Diplomatik fiasko yaxınlaşır: Macarıstan və Slovakiya artıq Avropa İttifaqının sanksiyalarının uzadılmasına səs verməyəcəklərini bildiriblər. Bu isə 200 milyard avroluq Rusiya aktivlərinin azad edilməsi və Kremlə təhvil verilməsi ilə nəticələnə bilər.
Çatham House analitiki Tim Eş isə belə deyir: "Tramp qalib gələ biləcəyi oyunu uduzur. Bu plan Ukraynanın deyil, Rusiyanın maraqlarına xidmət edir".
Qərb içində parçalanma artır, Ukraynanın isə öz iqtisadi gələcəyi və ərazi bütövlüyü ciddi təhdid altına düşür. "Tramp-Putin enerji razılaşması" Qərbin "Azad Ukrayna" tezisini təhlükəli şəkildə sarsıdır. / konkret.az

Siyasi       Tarix: 30 mart 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind


son xeberler azerbaycan xeberleri yeni xeberler axsam az xeberler bugunun xeberleri sou biznes novruz bayramı