Tramp Putinlə deyil, Ərdoğanla strateji tandem qurur: Türkiyə və ABŞ yeni qlobal qütb yaradır

Tramp Putinlə deyil, Ərdoğanla strateji tandem qurur: Türkiyə və ABŞ yeni qlobal qütb yaradırPrezident Donald Trampın yaxın gələcəkdə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla strateji müttəfiqlik qurması üçün kifayət qədər ciddi ortaq prioritet maraqlar mövcuddur… Ona görə də, buna əngəl ola biləcək müəyyən ziddiyyətlərin aradan qaldırılması ilə Ərdoğan-Tramp tandeminin reallığa çevrilmə perspektivi olduqca cəlbedici görünür…
KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, Türkiyə-ABŞ münasibətləri son vaxtlar fərqli inkişaf mərhələsinə keçid etmiş kimi görünür. Xüsusilə də, Bayden adminstrasiyası dönəmində korlanmış əməkdaşlıq kanallarının hazırda tədricən bərpa edilməkdə olduğu inkaredilməz reallıqdır. Hər halda, Tramp adminstrasiyası rəsmi Ankara ilə münasibətləri yenidən normal məcraya qaytararaq, daha strateji səviyyəyə çatdırmaq niyyətini qətiyyən gizlətmir. Və bu, yaxın gələcəkdə Türkiyə-ABŞ münasibətlərinin yeni dünya düzəninin qurulmasında önəmli təsiredici faktorlardan birinə çevrilə biləcəyini ehtimal etməyə imkan verir.
Onu da qeyd etmək lazımdır ki, Türkiyəyə qərəzli Bayden adminstrasiyasının siyasi süqutundan sonra hakimiyyətə gələn prezident Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ilə artıq bir neçə dəfə telefonla qlobal mövzuları müzakirə edib. Hər imkanda prezident Rəcəb Tayyib Ərdoğana rəğbətini biruzə verən Ağ Ev sahibi sonuncu telefon müzakirəsi barədə şəxsən məlumat yayıb. Və bu, Ərdoğan-Tramp əlaqələrinin inkişaf etməkdə olduğunu göstərir.
Tramp Putinlə deyil, Ərdoğanla strateji tandem qurur: Türkiyə və ABŞ yeni qlobal qütb yaradırMəsələ ondadır ki, ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığını "çox məhsuldar müzakirə" adlandırıb. O, bildirib ki, Türkiyə prezidenti R.T.Ərdoğanla bir çox qlobal mövzularda, o cümlədən, Ukrayna savaşı, Suriya, Yaxın Şərq və digər önəmli məsələlər ilə bağlı geniş fikir mübadiləsi aparıb. Və Ağ Ev sahibi Türkiyəyə səfər dəvəti aldığını, eləcə də, prezident Rəcəb Tayyib Ərdoğanı da Vaşinqtona dəvət etdiyini vurğulayıb.
Bütün bunları nəzərə aldıqda, Türkiyə və ABŞ arasında strateji ortaqlıq, qlobal maraqlarda ziddiyyətlər və geopolitik reallıqların şərtləri böyük maraq doğurur. Çünki Türkiyə-ABŞ münasibətlər, uzun illərdir ki, NATO çərçivəsində şəkillənən, ancaq zamanla ortaq maraqlarla yanaşı, ciddi strateji fikir ayrılıqlarını da ehtiva edən kompleks bir geosiyasi əlaqələr sistemidir. Ona görə də, Türkiyə-ABŞ münasibətlərinə ortaq maraq sahələri, ixtilaflar, Suriyada əməkdaşlıq və ziddiyyətlər, Ukrayna savaşı ilə bağlı vasitəçilik potensialı, habelə Avropanın təhlükəsizlik sistemində Türkiyənin rol alma perspektivi üzərindən yanaşmaq daha doğru olardı.
Maraqlıdır ki, hazırda Türkiyə və ABŞ arasındakı siyasi dialoq çoxşaxəlidir. Hər iki tərəf beynəlxalq təhlükəsizlik, enerji sabitliliyi və terrorizmə qarşı mübarizə sahələrində ortaq maraqlara sahibdir. Bu əlaqələrin əsas istiqamətləri isə NATO çərçivəsində hərbi əməkdaşlıq, terrorizmə qarşı ortaq mübarizə, Qafqaz, Yaxın Şərq və Balkanlarda sabitliyin qorunması, enerji təhlükəsizliyi və ticarət əlaqələrinin gənişləndirilməsi kimi önəmli sahələri əhatə edir.
Tramp Putinlə deyil, Ərdoğanla strateji tandem qurur: Türkiyə və ABŞ yeni qlobal qütb yaradırAncaq buna baxmayaraq, Türkiyə və ABŞ-ın fikir ayrılıqları yaşadığı olduğuca ciddi problemlər də mövcuddur. Belə ki, ABŞ-ın Suriyada YPG/PKK terror təşkilatı ilə əməkdaşlığı Türkiyənin təhlükəsizlik maraqlarını təhdid edir. Türkiyənin Rusiyadan S-400 raket sistemləri alıması isə Ağ Evdə narazılıq yaradır. Və bu baxımdan, iki ölkənin maraqlarının uzlaşdırılması hazırda o qədər də asan məsələ deyil.
Məsələn, Suriyada hər iki ölkə terrorizmə qarşı mübarizə, sülh və sabitliyin qorunması məsələlərində ortaq olsa da, həm seçilmiş metodlar, həm də yerli aktorlara yanaşma tərzi baxımından, ciddi fikir ayrılıqları var. ABŞ PKK/YPG-ni İŞİD-ə qarşı "effektiv güc" dəyərləndirir, Türkiyə isə bu terror təşkilatını öz milli təhlükəsizliyinə təhdid hesab edir. Bu ziddiyyət hətta NATO daxilində əlaqələrin gərginləşməsinə də səbəb olur. Və Türkiyənin Suriyada apardığı hərbi əməliyyatlar da Ağ Evdə vaxtaşırı tənqidlə qarsılanır.
Ukrayna savaşına münasibətdə isə Türkiyə balanslı və praqmatik siyasəti ilə Qərb və Rusiya arasında əvəzolunmaz vasitəçi kimi çıxış edir. 2022-ci ildə sülh danışıqlarının İstanbulda keçirilməsi və Qara Dəniz Taxıl Sazişinin reallaşması, Türkiyənin diplomatik potensialını biruzə verir. ABŞ-ın Ukrayna savaşınin dayandırılması prosesindən tədricən uzaqlaşması Türkiyəyə daha geniş siyasi-diplomatik manevr məkanı aça bilər.  Və hazırda rəsmi Ankaranın bu prosesdə Ağ Evi əvəzləmə ehtimalı tədricən atmağa başlayıb.
Tramp Putinlə deyil, Ərdoğanla strateji tandem qurur: Türkiyə və ABŞ yeni qlobal qütb yaradırTürkiyənin Avropanın təhlükəsizlik arxitekturasında ABŞ-ın rolunu tam əvəz etmə potensialı hələlik məhdud olsa da, hər halda, regional platformalarda rəsmi Ankaranın artan aktivliyi inkaredilməz reallıqdır. Bu baxımdan, Balkanlar, Qafqaz, Orta Asiya və Qara Dəniz hövzəsində Türkiyənin təsiredici rolu strateji xarakter daşıyır. Və bu, Ağ Ev üçün rəsmi Ankara ilə münasibətlərdə kifayət qədər cəlbedici faktordur.
Göründüyü kimi, Türkiyə-ABŞ münasibətləri ziddiyyətlər və ortaq maraqları paralel şəkildə ehtiva edən strateji tərəfdaşlıq modelidir. Tərəflər Suriyada, Ukraynada, NATO daxilində və Avropanın təhlükəsizliyində müəyyən ortaq yanaşmalar göstərsələr də, hər halda, fərqli prioritetlər bu əlaqələrin sabitliyini risk altında da saxlayır. Və bu baxımdan, yaxın və orta perspektivdə bu münasibətlərin formalaşması Türkiyənin daxili siyasət istiqamətləri, qlobal güc balansı və Qərb dairələri, xüsusilə də, ABŞ ilə siyasi-diplomatik harmoniyadan asılı olacaq.
Belə anlaşılır ki, prezident Donald Trampın yaxın gələcəkdə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla strateji müttəfiqlik qurması üçün hər halda, müəyyən ortaq prioritet maraqlar olmamış deyil. Ona görə də, buna əngəl ola biləcək müəyyən ziddiyyətlərin aradan qaldırılması ilə Ərdoğan-Tramp tandeminin reallığa çevrilmə perspektivi kifayət qədər cəlbedici görünür. Xüsusilə də, Tramp-Putin sövdələşməsinin bərpa edilməyəcək səviyyədə pozulmasından sonra Ərdoğan-Tramp tandemi yeni dünya düzəninin əsas müəyyənedici faktoruna da çevrilə bilər. Və bu, həm də Türkiyə-ABŞ ortaqlığının yeni dünya düzənində şərtləri diqtə edən qlobal qütbə çevrilmə ehtimalını da gücləndirir.

Siyasi     Baxılıb: 243   Tarix: 07 may 2025
f Paylaş

Oxşar xəbərlər

Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası təsdiq edilib

"Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası" Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə təsdiq edilib.  Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb. Qeyd edək ki, Konvensiya 2015-c

Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Tbilisiyə səfər edib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Gürcüstan Patriarxı II İlyanın dəfn mərasimində iştirak etmək üçün Tbilisiyə səfər edib. xəbər verir ki, Tbilisi beynəlxalq hava limanında spikeri Gürcüstanı

Ceyhun Bayramovla Hakan Fidan arasında Ər-Riyadda görüş keçirilib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında Ər-Riyadda görüş keçirilib.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial media hesabında məluma

Paşinyan: Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir

Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub və bu o deməkdir ki, müharibənin qapısını qətiyyətlə bağlamışıq. KONKRET.azreport-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan özünün feysbu

Paşinyan həyəcan təbili çaldı: "Azərbaycanla müharibə…"

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə keçiriləcək seçkilər ərəfəsində xalqa müraciət edərək Robert Koçaryan, Samvel Karapetyan və Qagik Çarukyanın rəhbərlik etdiyi qüvvələri kəskin ittiham edib. O, bu siyasi rəqiblərini

İncirlik bazasına hücum edilib? - Açıqlama

Türkiyə Milli Müdafiə Nazirliyi Adanada yerləşən İncirlik hərbi bazasına yeni raket hücumu iddiaları təkzib edib. -ınxəbərinə görə, nazirlik sosial mediada İncirlikdə həyəcan siqnalının eşidildiyinə dair paylaşımların yayıldığın

Mehriban Əliyeva Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Novruz bayramı münasibətilə paylaşım edib. xəbər verir ki, paylaşımda qeyd olunur:. "Uca Allahdan hər kəsə möhkəm cansağlığı

Dövlət başçısının imzaladığı fərmanlar qeyri-şəffaf əməkhaqqı sisteminin sadələşdirilməsinə yönəlib - TƏHLİL

Dövlət idarəçiliyində aparılan institusional islahatların davamı olaraq, dövlət qulluğunda əməkhaqqı sisteminin daha təkmil, optimal və balanslı şəkildə həyata keçirilməsi məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyev martı

Paşinyandan Qarabağ açıqlaması: Bu, hamıdan gizlədilib

"Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyan Qarabağla bağlı həqiqətləri xalqdan gizlədib". xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərə deyib


son xeberler azerbaycan xeberleri yeni xeberler son.xeber son xəbərlər bugün 2026 sonxabar son xeberler bu gun