Tramp Rusiyaya qarşı sanksiyaları gecikdirir

Tramp Rusiyaya qarşı sanksiyaları gecikdirirABŞ-da Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsinin Konqresdə səsverməyə çıxarılması gecikdirilir. Bu prosesin əsas səbəbi kimi Prezident Donald Trampın mövqeyi göstərilir.
Bu barədə Semafor nəşri layihənin müəlliflərindən biri olan senator Richard Blumenthala istinadən məlumat yayıb. Onun sözlərinə görə, hazırda sanksiya paketinin irəliləməsinə mane olan "yeganə əsas faktor" məhz Trampdır.
KONKRET.az xəbər verir ki, Blumental bildirib ki, Prezident administrasiyası sənədin gündəliyə çıxarılmasını yubadır və bu da Konqresdə prosesin ləngiməsinə səbəb olur. Senatorun fikrincə, mövcud geosiyasi şəraitdə Rusiyaya qarşı daha sərt tədbirlərin görülməsi zəruridir.
Qanun layihəsi demokrat senator Riçard Blumental və respublikaçı senator Lindsey Graham tərəfindən birgə hazırlanıb. Sənəddə Rusiyanın enerji sektoruna qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi nəzərdə tutulur.
Layihəyə əsasən, Rusiya nefti və qazını alan ölkələrdən idxal olunan mallara əlavə rüsumlar tətbiq edilə bilər. Bu tədbirlər Moskvanın enerji gəlirlərini azaltmaq və üçüncü ölkələrin Rusiya ilə əməkdaşlığını məhdudlaşdırmaq məqsədi daşıyır.
Mütəxəssislərin fikrincə, sənəd qəbul olunarsa, bu, yalnız Rusiya iqtisadiyyatına deyil, həm də onunla enerji sahəsində əməkdaşlıq edən bir sıra ölkələrə ciddi təsir göstərə bilər. Lakin hazırda Trampın mövqeyi səbəbindən qanun layihəsinin taleyi qeyri-müəyyən olaraq qalır.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 18 fevral 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri müzakirə edilib. bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsind

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat


yeni xeberler azerbaycan xeberleri son xeberler sou xeberler cəbhədən son xəbərlər futbol xeberleri son.xeberler