Tramp Xameneiyə bu şərtləri irəli sürdü: İran cavab verməsə, müharibə başlayacaq

Tramp Xameneiyə bu şərtləri irəli sürdü: İran cavab verməsə, müharibə başlayacaqYaxın Şərqdə gərginliyin artdığı bir vaxtda ABŞ ilə İran arasında qarşıdurma riski yenidən gündəmə gəlib. Bəs, ABŞ İrana hücum etməmək üçün Tehrana konkret olaraq hansı tələbləri irəli sürür və İran bu şərtlərlə razılaşmağa hazırdırmı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Vaşinqton həm siyasi, həm də hərbi təzyiqləri mərhələli şəkildə artırır.
Onun sözlərinə görə, ABŞ-ın təzyiq siyasəti artıq İranda daxili etirazların güclənməsinə səbəb olub:
"Amerika çalışır ki, İran zənginləşdirilmiş uran ehtiyatlarını təhvil versin, nüvə proqramından tamamilə imtina etsin, ballistik raket sistemlərini minimum səviyyəyə endirsin və regiondakı proksi qüvvələrə verdiyi dəstəyi dayandırsın. Bundan əlavə, struktur islahatları da tələb olunur".
Tramp Xameneiyə bu şərtləri irəli sürdü: İran cavab verməsə, müharibə başlayacaqMəhəmməd Əsədullazadə, politoloq
Politoloq hesab edir ki, İran bu tələblərin hamısını birdəfəyə qəbul etməyəcək:
"Türkiyənin xarici işlər naziri Hakan Fidan da bildirib ki, bu proses mərhələli şəkildə həyata keçirilməlidir. Hazırda danışıqlar bu müstəvidə davam edir. İran tərəfi şərtləri qəbul etməzsə, hərbi əməliyyatların başlama ehtimalı realdır. Çünki İran rəhbərliyi prinsipial mövqedən geri çəkilmir və müqavimət göstərir".
Əsədullazadə vurğulayıb ki, tərəflər arasında razılaşma əldə olunmasa, müharibə başlayacaq:
"Proses bu istiqamətə doğru gedir. Digər tərəfdən, İran rialının sürətlə dəyər itirməsi və yüksək inflyasiya əhalinin sosial vəziyyətini daha da ağırlaşdırıb. Belə bir durumda ABŞ və İsraillə mümkün müharibə İran iqtisadiyyatını tam çökdürə bilər.
İran tərəfi tam olmasa da, bəzi tələbləri qəbul etməlidir. Burada əsas vasitəçi ölkə kimi Türkiyə ön plana çıxa bilər".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 29 yanvar 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd


azerbaycan xeberleri son xeberler yeni xeberler en yeni xeberler bu gunun xeberleri valyuta mezennesi 2026 az xeber