Tramp yenə də Obamanı hədəfə aldı - FOTO
ABŞ Prezidenti Donald Tramp fevralın 28-dən bəri İrana qarşı davam edən "Epik Qəzəb" (Epic Fury) əməliyyatı fonunda özünə məxsus "Truth Social" platformasında sələfi Barak Obamanın siyasətini hədəf alan ironik və qalmaqallı paylaşım edib.
KONKRET.az xəbər verir ki,Trampın paylaşdığı kollajda iki fərqli dövrün "danışıqlar" metodu kəskin şəkildə müqayisə olunur.
Belə ki, fotonun yuxarı hissəsində Obamanın İran rəsmilərinə pul təklif etməsi ("Obama İranla danışıqlar aparır"), aşağı hissəsində isə Trampın səmada uçan və İranın nüvə hədəflərini vuran "B-2 Spirit" bombardmançılarını izləməsi ("Tramp İranla danışıqlar aparır") əks olunub.
Prezident həmin paylaşımla özünün "güc yolu ilə sülh" strategiyasını bir daha ön plana çıxararaq, İranın artıq "tamamilə məğlub olduğunu" və yeni bir sövdələşmə üçün yalvardığını iddia edib.
Qeyd edək ki, bu, Trampın Obama ilə bağlı ilk kəskin paylaşımı deyil. Bundan əvvəl də o, Barak Obama və xanımı Mişel Obamanın meymun kollajında təsvir olunduğu videonu paylaşmış, lakin qısa müddət sonra həmin paylaşımı silmişdi.


Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK