Tramp yeni plan hazırladı: ABŞ yaxın aylarda İrana hücum edəcək

Tramp yeni plan hazırladı: ABŞ yaxın aylarda İrana hücum edəcəkVaşinqton və Tehran arasında İranın nüvə proqramı ilə bağlı gərginlik yenidən artmaqdadır. ABŞ administrasiyası rəsmi Tehranın nüvə fəaliyyəti ilə bağlı razılığa gəlməyəcəyi təqdirdə "sərt tədbirlər" görəcəyini bəyan edib. Maraqlıdır, regionda hərbi toqquşma ehtimalı nə qədər realdır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Cümşüd Nuriyev bildirib ki, ABŞ-ın irəli sürdüyü iddialar müəyyən qədər əsaslıdır.
Onun sözlərinə görə, hazırda bir çox ölkələr enerji təminatında atom enerjisindən geniş istifadə edir:
"Fransa və Avropa ölkələrinin əksəriyyətində enerji təchizatının yarıdan çoxu atom enerjisi hesabına formalaşır. İranda da atom enerjisindən istifadə məsələsi gündəmdədir. ABŞ-ın uranın 90 faizə qədər zənginləşdirilməsi ilə bağlı iddialarının isə ciddi hüquqi əsası yoxdur. Çünki İranın bu səviyyədə zənginləşdirmə aparacaq müasir texnologiyaya malik olması sual altındadır. Adətən yüksək səviyyədə zənginləşdirilmiş uran hərbi məqsədlərlə və ya xüsusi enerji mənbəyi kimi istifadə olunur. 60 faiz zənginləşdirmə isə dünyada müxtəlif ölkələrdə müşahidə edilir".
Tramp yeni plan hazırladı: ABŞ yaxın aylarda İrana hücum edəcəkPolitoloq hesab edir ki, məsələnin arxasında daha geniş geosiyasi planlar dayanır. Onun fikrincə, ABŞ Fars körfəzi regionunda yeni siyasi konfiqurasiya formalaşdırmaq niyyətindədir:
"Dünya neft resurslarının təxminən 40 faizinin cəmləşdiyi bir coğrafiyada yeni güc mərkəzi yaratmaq planları var. Bu kontekstdə İranın parçalanması ssenariləri də zaman-zaman gündəmə gətirilir. Söhbət İran, İraq və Körfəz ölkələrinin enerji resurslarının vahid struktur altında birləşdirilməsi ideyasından gedir. Bu, eyni zamanda bölgədə digər təsir güclərinin zəiflədilməsi məqsədi daşıyır".
C.Nuriyev bildirib ki, ABŞ-ın hazırkı siyasi kursunda iqtisadi maraqlar prioritet təşkil edir və bu baxımdan İranla qarşıdurma riskləri artır:
"Regionda növbəti hərbi eskalasiya ehtimalı istisna deyil. Qarşıdakı aylarda müəyyən hərbi əməliyyatların baş verməsi real görünür. Həm İsrail, həm də ABŞ mümkün riskləri qabaqlamağa çalışır. Eyni zamanda, İran daxilində də hakimiyyət dəyişikliyi istəyən qüvvələr mövcuddur. Bütün bunlar qarşıdurma üçün zəmin yaradır".
Politoloq əlavə edib ki, İranın apardığı xarici siyasət kifayət qədər qapalı və qeyri-effektivdir:
"Hazırkı vəziyyət Azərbaycan üçün də arzuolunan deyil. İran-ABŞ qarşıdurmasının dərinləşməsi regionda sabitliyə mənfi təsir göstərə bilər".
Beləliklə, Vaşinqton və Tehran arasında nüvə proqramı ətrafında yaranmış gərginlik Yaxın Şərqdə yeni hərbi toqquşma risklərini artırır. Proseslərin hansı istiqamətdə inkişaf edəcəyi isə tərəflərin atacağı növbəti addımlardan asılı olacaq.
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 12 fevral 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri müzakirə edilib. bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsind

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat


yeni xeberler azerbaycan xeberleri son xeberler sou xeberler cəbhədən son xəbərlər futbol xeberleri son.xeberler