Trampdan İrana ağır təhdid: "Yer üzündən silinəcək"
ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına verdiyi müsahibədə İran rəhbərliyinə qarşı görünməmiş dərəcədə sərt xəbərdarlıq edib. O bildirib ki, əgər İran "Azadlıq Layihəsi" (Project Freedom) çərçivəsində ticarət gəmilərini müşayiət edən ABŞ hərbi gəmilərinə hücum edərsə, bu ölkə "yer üzündən silinəcək".
KONKRET.az xəbər verir ki, Tramp Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək məsələsində qətiyyətli olduqlarını vurğulayıb. ABŞ liderinin bu bəyanatı CENTCOM-un Hörmüz boğazında kommersiya gəmiçiliyinə mane olan İrana məxsus 6 kiçik gəmini məhv etməsi barədə açıqlamasından dərhal sonraya təsadüf edir.
Xatırladaq ki, son günlər regionda, xüsusilə Hörmüz boğazı və BƏƏ sahillərində raket və dron hücumları ilə bağlı gərginlik pik həddə çatıb. Trampın bu çıxışı Vaşinqtonun Tehranla danışıqlarda "ya real saziş, ya da hərbi zərbə" prinsipindən geri çəkilmədiyini bir daha nümayiş etdirir.
Natiq Səlim,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK