Trampdan radikal addım: Qlobal idxal rüsumunu 15 faizə qaldırdı
ABŞ Prezidenti Donald Tramp qlobal idxal rüsumunu 15 faizə qaldırdığını açıqlayıb.
KONKRET.azxəbər verir ki, bu barədə Ağ Ev rəhbəri bu barədə "Truth Social" hesabında yazıb.
Onun sözlərinə görə, ABŞ Ali Məhkəməsinin tariflərlə bağlı qərarının ətraflı və hərtərəfli təhlilindən sonra 10 faizlik qlobal rüsum dərhal qüvvəyə minməklə 15 faizə qaldırılır.
Qeyd edək ki, fevralın 20-də ABŞ Ali Məhkəməsi Trampın tariflərini qanunsuz elan edib. Məhkəmənin qərarına əsasən, prezident milli fövqəladə vəziyyət qanunu çərçivəsində tariflər tətbiq edərkən səlahiyyətlərini aşıb. Bu tariflər Kanada, Çin və Meksikanı hədəf alaraq ABŞ-yə dərman daşınmalarını dayandırmaq məqsədi daşıyırdı.
Ali Məhkəmə həmçinin izah edib ki, idxal rüsumlarını tətbiq etmək müstəsna səlahiyyəti yalnız ABŞ Konqresinə məxsusdur. Məhkəmə vurğulayıb ki, icra hakimiyyətinin (ABŞ Prezidenti də daxil olmaqla – red) vergi tətbiq etmək səlahiyyəti yoxdur.
Tramp Ali Məhkəmənin tarif qərarını "dərin məyusedici" adlandırıb və məhkəməni xarici maraqlara xidmət etməkdə günahlandırıb: "Ali Məhkəmənin qərarı səhvdir. Amma bunun əhəmiyyəti yoxdur, çünki bizim çox güclü alternativlərimiz var".bakupost.az
Turlar.az [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq