Trampın 28 bəndlik planında yeganə qalib: Qazanan kimdir?

Trampın 28 bəndlik planında yeganə qalib: Qazanan kimdir?Trampın 28 maddəlik "sülh planı" münaqişə tərəflərinin heç birinə mütləq üstünlük vermir.
Ukrayna üçün ən ağrılı məsələ ərazi güzəştləridir. Plana görə,
– Krım, Donetsk və Luqansk de-fakto Rusiyanın tərkibində tanınır;
– Xerson və Zaporojye vilayətlərində cəbhə xətti "dondurulmuş" vəziyyətdə qalır;
– Rusiya beş bölgədən kənarda işğal etdiyi ərazilərdən imtina edir;
– Donetskin bir hissəsi neytral, demilitarizasiya olunmuş zona kimi tanınır.
KONKRET.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı səsləndirib:
O, bildirib ki, sənəddə Ukraynanın suverenliyi təsdiqlənir. Bu, o deməkdir ki, Rusiyanın xeyrinə olacaq ərazi güzəştləri müvəqqəti xarakter daşıyır. Hərçənd, davamında Ukraynanın ərazilərini güc yolu ilə qaytarmaq perspektivləri də sual altına düşür. Çünki sənəddə qeyd olunur ki, "Ukrayna və Rusiya razılaşdırılmış sərhədləri güc yolu ilə dəyişməyəcəklərinə dair öhdəlik götürəcəklər".
Münaqişə dondurulur və gələcəkdə həlli üçün güc tətbiqi variantını həm Ukrayna, həm Rusiya üçün sıradan çıxarır.
Ukrayna üçün müəmmalı məqamlardan biri təhlükəsizlik zəmanəti ilə bağlıdır. Sənəddə "Ukraynaya etibarlı təhlükəsizlik zəmanətləri veriləcək" qeydi yer alır, lakin necə?
– Ukraynanın NATO-ya üzvlüyünə icazə verilmir;
– NATO qoşunları Ukraynaya yerləşdirilmir.
Bu, rəsmi Kiyevin ümid etdiyi iki təhlükəsizlik zəmanətinin – ya NATO-ya üzvlük, ya da Avropa qoşunlarının "təmas xəttinə" yerləşdirilməsi, olmaması deməkdir. Yeganə zəmanət ABŞ-ın mümkün sülh sazişindəki öhdəliklərə nəzarətindən ibarətdir.
Sənəd Ukraynaya müəyyən dividentlər vəd edir.
1. Avropa İttifaqına üzv ola və Avropa bazarına güzəştli çıxış əldə edəcək;
2. Ölkənin bərpası qlobal maliyyə paketi çərçivəsində həyata keçiriləcək, hətta Rusiyanın dondurulmuş aktivlərinin 100 milyard dolları bu istiqamətdə sərf olunacaq.
Bu plan Ukraynada Finlandiya modelinin – ərazi güzəştləri hesabına iqtisadi inkişaf – tətbiqi ilə nəticələnə bilər.
Plan Rusiyanın iki strateji hədəfinə uyğun gəlir.
Birincisi, Ukrayna hədəfidir;
– Ərazi məsələsində üstünlük qazanır;
– Ukraynanın NATO-ya qoşulmamasına nail olur.
İkincisi, "qlobal güc" hədəfidir;
Müharibə başlanmamışdan öncə Rusiyanın ABŞ və NATO-ya təqdim etdiyi Şimal Alyansının genişlənməməsini özündə əks etdirən "təhlükəsizlik sazişi" Moskvanın qlobal güc kimi qəbul edilməsi məqsədi daşıyırdı. Çünki Moskva "soyuq müharibə"dən sonra yaranmış qobal şərtləri bir gün dəyişdirmək ümidi ilə razılaşmışdı, 2020-ci ildən sonra başlanan geosiyasi proseslərdə Rusiyanın mövqeləri böyük ölçüdə nəzərə alınmırdı. ABŞ və NATO-ya təqdim olunan saziş, ardınca Ukraynada müharibənin başlanmasının Rusiyanın maraqları kontekstində buna hesablanmışdı. Trampın planında Rusiyanın bu istəkləri nəzərə alınır:
– ABŞ vasitəçiliyi ilə Rusiya və NATO arasında təhlükəsizlik məsələlərinin həlli və qlobal sabitliyin təmin edilməsi üçün dialoq baş tutacaq;
– Rusiya qonşu ölkələrə müdaxilə etməyəcək, NATO isə daha da genişlənməyəcək.
Bu, ABŞ və NATO-nun Rusiyanı "qlobal güc tərəfi" kimi qəbul etməsi deməkdir. Plan Moskvanın siyasi və iqtisadi təcridini də aradan qaldırır.
Hərçənd, əldə etdiyi qazanc Rusiyaya mütləq üstünlük vermir.
– İşğal etdiyi ərazilər üzərində nəzarəti de-fakto tanınsa da, suveren olaraq Ukrayna torpağı hesab olunur. Ki, bu Moskvanın müharibədə hədəfinə tam nail ola bilməməsi deməkdir;
– NATO-nun genişlənməməsi ilə bağlı tələbi qəbul olunsa da, Rusiyanın "qlobal güc tərəfi" rolu ABŞ-ın nəzarəti altında olur.
Trampın 28 bəndlik sülh planının mütləq qazananı ABŞ-dır. Vaşinqton zəmanətçi kimi həm Avropa, həm Rusiya üzərində nəzarət imkanı əldə edir.
Sülh planının qəbul olunacağı, ən azı bu formada qəbul olunacağı sual altındadır. Hazırda Cenevrədə davam edən danışıqlar da Kiyevin avropalı tərəfdaşları ilə müqavimətinin nəticəsidir. Vaşinqton Kiyevi və avropalıları razı salmaq üçün müəyyən loyallıq sərgiləyə, planda bəzi maddələri Ukraynanın istəyinə uyğunlaşdıra bilər. Hərçənd, prinsipial məsələlərin – ərazi və NATO-ya qoşulmamaq, Şimal Alyansının genişlənməməsi və s. dəyişəcəyi ehtimalı azdır.

Siyasi       Tarix: 24 noyabr 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xeberleri futbol xeberleri son xeber 2026 cəbhədən son məlumatlar