Trampın gizli planı ortaya çıxdı: ABŞ İranın cənubunu ələ keçirəcək
ABŞ-ın İranın cənubunu ələ keçirmək məqsədilə desant qüvvələrini gizli şəkildə İsrailə göndərdiyi barədə iddialar yenidən Vaşinqton-Tehran münasibətlərini gündəmə gətirib. Məlumat amerikalı jurnalist Kennet Klipenşteyn tərəfindən yayılıb.
Bəs, ABŞ həqiqətən də İranın cənubuna hərbi müdaxilə edərək həmin əraziləri nəzarətə götürə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, hazırda ABŞ və İran arasında danışıqlar davam etsə də, tərəflər arasında qarşılıqlı gərginlik və hərbi xarakterli insidentlər müşahidə olunur.
"ABŞ və İran arasında danışıqlar getsə də, tərəflərin vaxtaşırı bir-birinə zərbələr endirdiyinin şahidi oluruq. ABŞ-nin irəli sürdüyü şərtləri İran qəbul etmir. Hazırda İranın sosial-iqtisadi vəziyyəti də ağırlaşır. Baxmayaraq ki, SEPAH ABŞ-nin bölgədəki bazalarına zərbələr endirir, əgər Tehran razılaşmalara getməsə, ABŞ-nin İranın cənubuna qüvvə çıxarması ehtimalı nəzəri olaraq mümkündür".
Politoloq hesab edir ki, belə bir ssenari baş verərsə, müharibə genişmiqyaslı və uzunmüddətli xarakter daşıyacaq.
"Lakin burada ABŞ-nin qısa müddətdə qalib gəlmək şansı demək olar ki, yoxdur. İranın coğrafi mövqeyi, hərbi potensialı və regiondakı təsir imkanları nəzərə alınarsa, belə bir əməliyyat Vaşinqton üçün ciddi risklər yaradar. Buna görə də ABŞ-nin bu addımı atacağı inandırıcı görünmür".
M. Əsədullazadə vurğulayıb ki, hazırda diplomatik proses davam edir və genişmiqyaslı müharibə ehtimalı aşağı səviyyədə qiymətləndirilir.
Müşviq Tofiqoğlu
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK