Trampın İran qərarı Azərbaycanı çətinə salacaq? – İki narahatlıq var, lakin…

Trampın İran qərarı Azərbaycanı çətinə salacaq? – İki narahatlıq var, lakin…ABŞ Prezidenti Donald Trampın İranla iqtisadi əlaqələrini davam etdirən ölkələrə ünvanladığı son mesaj region dövlətləri, o cümlədən Azərbaycan üçün də müəyyən suallar yaradır. Tramp İranla ticarət və maliyyə əlaqələrini davam etdirən ölkələrə qarşı ciddi iqtisadi tədbirlərin görülə biləcəyini açıqlayıb. Bu xəbərdarlıqların İranla enerji və maliyyə əlaqələri olan ölkələrə necə şamil ediləcəyi isə diqqət mərkəzindədir.
Azərbaycanla İran arasında müəyyən iqtisadi və enerji əlaqələri mövcuddur. Bunlardan biri qaz mübadiləsidir. İran Azərbaycana qaz tədarük edir, bunun müqabilində isə Naxçıvanın qaz təminatında iştirak edir. Bu mexanizm uzun müddətdir iki ölkə arasında enerji əməkdaşlığının bir hissəsidir.
Digər tərəfdən, Azərbaycanla İran arasında maliyyə və ticarət əməliyyatları da həyata keçirilir. Bu baxımdan Trampın "İranla iqtisadi əlaqələr saxlayan ölkələr" barədə mesajının Azərbaycan-İran münasibətlərinə konkret olaraq hansı formada təsir göstərə biləcəyi sualı ortaya çıxır.
Burada əsas məsələ ondan ibarətdir ki, ABŞ-ın sözügedən tələbləri bütün iqtisadi əlaqələrə, o cümlədən qaz mübadiləsinə və pul köçürmələrinə şamil ediləcəkmi? Əgər belə bir tələb irəli sürülərsə, Azərbaycan hansı mövqeni tutacaq? Eyni zamanda, ABŞ-ın mümkün sanksiyalarının Azərbaycan banklarına və İranla aparılan maliyyə əməliyyatlarına təsiri necə ola bilər?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Murad Sadəddinov deyib ki, Trampın sözügedən bəyanatı sadəcə bəyanat olaraq qalmayacaq, uzun müddət davam edəcək:
"İranın iqtisadi vəziyyətinin ağır olduğunu ABŞ yaxşı başa düşür və bu məsələ ilə bağlı təzyiqləri davam etdirəcək. Burada bir neçə ciddi məqsəd var. Ola bilsin ki, vacib faktorlardan biri İranı iqtisadi baxımdan çökdürməklə yenə xalqı küçələrə çıxarmaqdır. Eyni zamanda, İran rəhbərliyinə təzyiq edib, onu ABŞ-ın şərtlərini qəbul etməyə məcbur buraxmaqdır.
Hesab edirəm ki, payızda ABŞ Konqresinə nəzərdə tutulan seçkilər və Senatın üçdə biri üçün keçiriləcək seçkilərə qədər hər hansı hərbi əməliyyatlardan söhbət belə gedə bilməz. Amma bu dövrdə məhz təzyiqləri artıracaqlar.
Artıq İrandan müxtəlif məlumatların gəldiyini görürük, vəziyyət doğrudan da ağırdır. Bir çox ticarət müəssisələri bağlanır.
O ki qaldı Azərbaycana, düşünmürəm ki, qaz mübadiləsini İrana iqtisadi dəstək kimi qiymətləndirmək olar. Bu, sadəcə logistika baxımından Azərbaycana dəstək kimi qəbul olunmalıdır. Ona görə ki, Azərbaycan bir yandan Astaradan qaz göndərir, eyni məbləğdə qazı Naxçıvanda qəbul edir. Bunun İrana hər hansı iqtisadi dəstək kimi qiymətləndirilməsi doğru olmaz. Burada müəyyən logistik xərclər var, amma cüzidir.
Pul dövriyyəsi ilə bağlı da Azərbaycana problem yaranacağını düşünmürəm. Çünki bu da çox cüzidir. Hər hansı problem ortaya çıxarsa, Azərbaycan bunu ABŞ administrasiyası ilə həll edə bilər.
Əsas məsələ burada Azərbaycan deyil, İrandan mal alacaq ölkələrə dəyəcək zərərdir. Söhbət Çin, Hindistan və bu kimi ölkələrdən gedir. Hətta Türkiyəyə də təsir edə bilər".

Siyasi       Tarix: 22 avqust 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

İşğal dövründə qanunsuz gəlirlər beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb

Azərbaycan torpaqlarının 30 ilə yaxın işğalı dövründə təbii sərvətlərin, o cümlədən faydalı qazıntı yataqlarının xarici subyektlərin iştirakı ilə qanunsuz istismarı regionun ekologiyasına ağır ziyan vurub. Bu cinayətlər nəticəsind

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb

Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır

Niderland hökuməti növbəti üç il ərzində Ukraynaya 1,2 milyard avro məbləğində qeyri-hərbi yardım ayıracaq. KONKRET.azxəbər verir ki, bu barədə Niderlandın xarici ticarət naziri Syord Syordsma məlumat verib. Onun sözlərin


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbərlər 2026 cəbhədən son xəbər son xeberler bugun 2026 azerbaycan xeberler bugun 2026