Trampın İranda "Blitskriq" fiaskosu: Neft bazarı və milyardların müharibəsi - ŞƏRH

Trampın İranda ABŞ-ın İrana qarşı başlatdığı hərbi kampaniya gözlənilməz iqtisadi manevrlərlə müşayiət olunur. Vaşinqton administrasiyası tarixdə ilk dəfə olaraq öz hərbi rəqibinə dolayı yolla birbaşa maliyyə yardımı göstərərək, İran neftinə tətbiq edilən sanksiyaları bir aylıq müddətə ləğv edib. Bu addım Tramp administrasiyasının İranda "ildırımsürətli müharibə" planlarının iflasa uğramasının və Tehranın Fars körfəzindəki enerji infrastrukturuna endirdiyi zərbələr nəticəsində dağılan qlobal neft bazarını "təmir etmək" cəhdinin göstəricisidir.
KONKRET.az xəbər verir ki, sanksiyaların müvəqqəti yumşaldılması Tehrana nəhəng maliyyə imkanları qazandırır. Belə ki, dənizdə gözləyən təxminən 140 milyon barel İran neftinin leqal satışı 90 dollarlıq qiymətlə ölkəyə 10,8 milyard dollar gəlir gətirə bilər ki, bu da İranın illik hərbi büdcəsinə bərabərdir. Eksport həcminin gündəlik 2,13 milyon barelə çatacağı təqdirdə isə Tehranın gəliri 15 milyard dollara qədər yüksələ bilər. Lakin bu vəziyyətdən ən böyük qazancı Rusiya əldə edir. Keln İnstitutunun hesablamalarına görə, əgər müharibə sentyabr ayına qədər uzanarsa və neftin qiyməti 150-200 dollar civarında qərarlaşarsa, Moskva təkcə neft-qaz ixracından ilin sonuna qədər 386 milyard dollar qazana bilər.
Bu iqtisadi mənzərə fonunda Tehran ABŞ ilə hər hansı danışıqlara getmək niyyətində olmadığını nümayiş etdirir və Hörmüz boğazının açılmasını müzakirə mövzusu belə etmir. İranın raket və dron arsenalının tükənməməsi, üstəlik Rusiya və Çin kimi ölkələrdən gələ biləcək potensial dəstək Tehranın müqavimət gücünü artırır. Trampın ziddiyyətli bəyanatları isə bazarlardakı panikanı yatıra bilmir; investorlar cəmi 5-8 minlik dəniz piyadası ilə İranın işğalının qeyri-mümkün olduğunu anlayırlar. Hətta ABŞ İran neftinin 90%-nin keçdiyi Xark adasını ələ keçirsə belə, bu, Hörmüz boğazını blokadadan çıxarmayacaq, əksinə, Amerika kontingentini İran sahillərindən gələn dron hücumları üçün asan hədəfə çevirəcək.
Digər tərəfdən, İranın Hind okeanındakı Dieqo-Qarsiya bazasına uğursuz olsa da, simvolik zərbə cəhdi Tehranın 4 min kilometr mənzilli ballistik raketlərə sahib olduğunu dünyaya nümayiş etdirdi. Trampın "qələbə" elan edib geri çəkilməsi isə ABŞ-ın İkinci Dünya Müharibəsindən bəri Yaxın Şərqdə qoruduğu "təhlükəsizlik qarantı" rolunun tamamilə sıfırlanması və Tehranın regionda mütləq hegemonluğunun təsdiqi demək olacaq. Trampın əsas hədəfi isə Venesuelada olduğu kimi İranın nəhəng neft-qaz yataqlarını tam nəzarətə götürməkdir, lakin hazırkı gedişat ABŞ-ın bölgədəki təsirinin tamamilə yox olması təhlükəsini yaradır."
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 22 mart 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Bu gün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin ərazisində mübarizə aparıla bilməz. report-a istinadla xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /


azerbaycan xeberleri yeni xeberler son xeberler en son xeber en son xeberler bu gun en son xəbərlər bugün havanın temperaturu