Trampın müharibə ilə bağlı mövqeləri üst-üstə düşmür - Ekspert

Trampın müharibə ilə bağlı mövqeləri üst-üstə düşmür - EkspertABŞ Prezidenti Donald Tramp İrana qarşı müharibənin son mərhələdə olduğunu bildirib.
O qeyd edib ki, ABŞ hərbçiləri qarşıya qoyulan vəzifələri demək olar ki, yerinə yetirib və məqsədə yaxınlaşıblar. Tramp İranın hərbi potensialına ciddi zərbə vurulduğunu da vurğulayıb.
Politoloq Aydın Tağıyev azxeber.com-a açıqlamasında deyib ki, Trampın bütün mövqeləri bir-biri ilə üst-üstə düşmür:
Trampın müharibə ilə bağlı mövqeləri üst-üstə düşmür - Ekspert"Müharibə başladığı  ilk gündən indiyə qədər Trampın bütün mövqeləri bir-biri ilə ziddiyyət təşkil edir. Demək olar ki, müharibənin hər gününə uyğun olaraq bir bəyanatla çıxış edir. Hörmüz boğazı çox strateji əhəmiyyətə malikdir. Bu, dünya enerji bazarının əsas tranzit nöqtəsini təşkil edir. Elə müharibə də bunun üzərində baş verir".
O bildirib ki, müharibənin tez zamanda bitməsi gözlənilmir:
"Münaqişənin bitməsi və burada sabitliyin bərpa olunması qlobal enerji təhlükəsizliyi üçün vacibdir. Lakin müharibənin tez bir zamanda bitməsini ehtimal etmək çox çətindir. Çünki İranın özünü müdafiə qabiliyyəti zəifləsə də, siyasi müqavimət davam edir. Enerji bazarlarında diplomatik gərginliyin qalması hələ ki, davam edəcək. Belə tezliklə bu müharibə bitə bilməz".
Ekspert qeyd edib ki, Hörmüz boğazıyla bağlı məsələlər də müəmmalıdır:
"Tramp açıqlamalarında  münaqişənin son mərhələyə yaxınlaşdığını göstərsə də, bu müharibənin tam həlli üsulu demək deyil. Müharibənin nəticəsi qeyri-müəyyən olaraq qalır. Hörmüz boğazındakı vəziyyətin sabitləşməsi qlobal maraqlar üçün də müsbət nəticə ola bilər. Lakin yaxın həftələrdə baş verəcək hadisələr bunu göstərə bilər".
Şahanə Ziyad

Siyasi       Tarix: 04 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeberleri cəbhədən son xeber bugünki xəbərlər bugunun xeberleri