Trampın paylaşımı çaşqınlıq yaratdı - Putinlə kim danışıb?
Xəbər verdiyimiz kimi, ABŞ və Rusiya Prezidentləri Donald Trampla Vladimir Putin arasında telefon danışığı olması ilə bağlı məlumat yayılıb.
KONKRET.az-ın"Qafqazinfo"ya istinadla məlumatına görə, Tramp "Truth" hesabında paylaşım edərək bu sözləri yazıb:
"Bu dəhşətli, qanlı müharibənin nəhayət sona çatması üçün çox yaxşı şans var. Mən Prezident Putindən onların həyatlarına rəhm etməsini qətiyyətli şəkildə xahiş etmişəm. Bu, İkinci Dünya müharibəsindən bəri ən dəhşətli qırğın ola bilər".
Onun bu paylaşımı telefon danışığının iki lider arasında baş tutmasına zəmanət verib, lakin Ağ Ev məsələni təkzib edib.
Bildirilib ki, Putinlə Moskvada Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff danışıb və bu məsələdə çaşqınlıq yaradan Trampın "Truth"da etdiyi paylaşım olub. Belə ki, Prezident Tramp sözlərini rusiyalı həmkarına xüsusi nümayəndəsi vasitəsilə çatdırıbmış.
Xatırladaq ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ötən gün Rusiyada səfərdə olub və Rusiya Prezidenti Vladimir Putin ilə görüşüb.


Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir