Trampın Ukrayna ilə bağlı əsl hədəfi BUDUR: Ağ Ev rəhbəri istəyir ki
Ukrayna Prezidenti Volodimir Zelenskinin "ərazi məsələsi yalnız mənimlə Putin arasında müzakirə olunacaq" açıqlaması beynəlxalq gündəmdə diqqət çəkib.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi İlyas Hüseynov bildirib ki, ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında keçirilən görüş müxtəlif şərhlərə yol açıb:
"Avropa liderləri ilə də görüşlər keçirilib. Eyni zamanda Zelenski və Tramp arasında təkbətək müzakirələr aparılıb. Hətta Tramp ilə Putin arasında da telefon danışığı olub. Bu isə onu göstərir ki, Tramp bütün maraqlı tərəflərin mövqelərini öyrənməyə və onları yaxınlaşdırmağa çalışır. Onun əsas hədəfi Putin və Zelenski arasında görüşün baş tutmasına nail olmaqdır. ABŞ prezidenti bu görüşün avqustun sonuna kimi keçirilməsinə xüsusi önəm verir".
Şərhçinin sözlərinə görə, görüşün Romada və ya İsveçrədə keçirilməsi ehtimal olunur:
"Danışıqlar prosesində Ukrayna üçün əsas məsələ təhlükəsizlik zəmanətləridir. Bununla yanaşı, ərazilərin mübadiləsi məsələsi də gündəmdədir. Zelenskinin açıqlaması da məhz buna işarədir. Ərazi məsələsi yalnız onunla Putin arasında müzakirə ediləcək. Burada həm siyasi, həm də hərbi məsələlərin həlli gözlənilir".
İlyas Hüseynov əlavə edib ki, danışıqlarda simvolik jestlər də diqqət çəkib:
"Putin ABŞ-a səfəri zamanı Trampa xəritələr hədiyyə edib. Cavab olaraq Zelenskinin komandası Ağ Evə böyük bir xəritə gətirib və məhz bu xəritənin önündə Zelenski ilə Tramp müzakirələr aparıblar".
Ekspertin fikrincə, təhlükəsizlik zəmanətləri Ukrayna üçün prioritet olaraq qalır:
"NATO kontingentinin Ukrayna ərazisində yerləşməsi müzakirə oluna bilər. Hətta ABŞ dövlət katibi Marko Rubio təhlükəsizlik zəmanətləri və ABŞ müttəfiqləri ilə birlikdə Ukrayna ərazisində hansı silahların yerləşdirilməsi istiqamətində komissiyaya rəhbərlik edəcək. Bu isə o deməkdir ki, ABŞ təhlükəsizlik zəmanətlərini verdikdən sonra müharibənin dayandırılması üçün ciddi addım atılmış olacaq".
Aynurə İsmayıl
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycan nefti bahalaşdı
Avtomobil dərəyə aşdı: ölən və yaralananlar var