Trampla görüşən Putinin oxşarı olub? - SENSASİON İDDİA

Trampla görüşən Putinin oxşarı olub? - SENSASİON İDDİA15 avqustda Alyaskada baş tutan ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinin görüşü ilə bağlı professor Zaur Əliyev maraqlı iddia ilə çıxış edib.
KONKRET.az xəbər verir ki, tarixçi alim ilk növbədə liderlərin boy fərqini xatırladıb.
"1. Rəsmi mənbələrə əsasən, Trampın boyu 1.95 sm, Putinin isə rəsmi 1.70 sm-dir (Lakin şəxsi işində 1.65 yazılıb). Alyaskada sanki Tramp və Putin arasında boy fərqi 29 santimetr deyil, 10 santimetr idi, əgər Putin hündürdaban ayaqqabı geyinməmişdisə, bəs, görüşə gedən kim olub?
2. Putin psixoloji cəhətdən çox sağlam bir adamdır. Bu günə qədər özünün rəsmi tədbirlərində, görüşlərdə ağır təbiəti ilə seçilib. Lakin Alyaskada onun bədən dili və jestləri real Putindən qat-qat uzaq idi.
3. Tramp görüşəndə adətən qarşı tərəfin əlini özünə tərəf dartır. Putinlə onun digər görüşlərində bu jest olmayıb, amma Alyaskada bu, təkrar edildi. Demək, Tramp nəsə bilirdi ki, o cür jesti ilk dəfə Putinə qarşı elədi.
4. Putin təyyarəyə minəndə heç bir zaman arxaya çönməz, əgər bunu edirsə də, sakitcə baxar. Alyaskadakı Putin isə təyyarəyə düşəndə və minəndə artıq jestlər etdi.
5. Putin diplomatik jestləri bilən peşəkar kimi Trampın limuzininə oturan kimi kənara elə baxışlarla baxmazdı. Bu, diplomatik dildə qeyri-peşəkar bir lider obrazı yaratmaqla ev sahibinə və danışıqlara indidən "yox" demək kimi qəbul edilir.
6. Tramp görüşdən qalib ayrıldı. Hər kəs bilirdi ki, bu görüş nəticəsiz bir sonluqla bitəcək. Demək olar ki, ciddi heç bir qərar imzalanmadı, sadəcə Trampın sanksiyalarla bağlı çıxışı oldu və dedi ki, sanksiyalar hələ nəzərdə tutulmur. Vəssalam. Masada olan ərazi mübadiləsi və silahlar məsələsinə Putin heç bir reaksiya vermədi. Bu, Trampa lazım olan diplomatik qələbə idi. Hər kəsə göstərdi ki, mən bu adamla nə danışım – adam ancaq qan və müharibə istəyir.
7. Ukrayna məsələsinə gəldikdə, onun həllinin Vaşinqton deyil, Berlində olduğunu Putin də bilir. Bu məsələ Amerika-Rusiya deyil, Almaniya–Rusiya danışıqlarında bəlli olacaq. Tramp dünən Rusiya ilə qarşılaşmanı rəsmən Almaniyanın əllərinə təslim etdi. Putin elə düşünür ki, Berlin divarlarının yenidən qura bilər. Lakin Almaniya artıq Rusiyanın içərisində muxtar dövlətləri ona qarşı göndərə bilib", – alim qeyd edib.
Zaur Əliyevin fikrincə, Rusiya Ukrayna ilə müharibəni daha ağır formada davam edəcək. Rusiyanı dayandıracaq güc isə NATO yox, "İbrahim paktı"na üzv olan dövlətlərin birliyi olacaq.

Siyasi       Tarix: 18 avqust 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler bugun 2026 azerbaycan xəbər.az valyuta məzənnələri