Trendyolmilla ilkə imza atıb: Regenerativ pambıqdan cins kolleksiyası

Trendyolmilla ilkə imza atıb: Regenerativ pambıqdan cins kolleksiyasıTürkiyənin aparıcı moda brendlərindən olan Trendyolmilla Türkiyədə e-ticarətin dəb sektorunda ilk dəfə ekoloji davamlı (regenerativ) pambıqdan hazırlanan cins kolleksiyasını təqdim edir.
azxeber.com xəbər verir ki, yeni kolleksiya torpağı bərpa edən, biomüxtəlifliyi artıran ekoloji davamlı kənd təsərrüfatı üsulları ilə yetişdirilən regenerativ pambıqdan hazırlanıb. 
Regenerativ pambıq yetişdirilmisində kimyəvi gübrələr minimum səviyyədə istifadə olunub, pambıq daha az sudan istifadə etməklə yetişdirilib və istehsal prosesində enerji sərfiyyatı azaldılıb. Eyni zamanda, biomüxtəlifliyin artımına töhfə verilib, bitki örtüyü hesabına torpaqda karbonun saxlanılması gücləndirilib. Bütün bu müsbət təsirlərin birgə nəticəsi olaraq, ümumi karbon emissiyası azaldılıb.
Trendyolmilla 2022-ci ildən başlayaraq hər mövsüm "Trendyol Care" kolleksiyasını  dayanıqlı xammallardan hazırlanan yeni məhsullarla genişləndirir. Təkrar emal edilmiş liflər, ekoloji davamlı parçalar və təbiət dostu xammallarla başlayan dayanıqlılıq təşəbbüsü regenerativ pambıqla yeni mərhələyə başlayıb.
Regenerativ pambıqdan hazırlanan cins kolleksiyası layihəsi 70 illik cins parça istehsalçısı Bossa ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.
"Trendyol Care" kolleksiyamızdakı regenerativ pambıqdan hazırlanan yeni dizaynlarımız həm estetik gözəlliyi ön plana çıxarır, həm də təbiətə olan diqqətimizi əks etdirir. Yeni kolleksiyamızda qadınlar üçün cins (denim) modellər təqdim olunur. Dayanıqlı kənd təsərrüfatı üsulları ilə yetişdirilən və kimyəvi maddələrin istifadəsi minimuma endirilən bu xüsusi pambıqlar qarderoblarda stil və dayanıqlılığı birləşdirir", - deyə "Trendyolmilla"nın baş direktoru Sanem Tuna bildirib.
Sanem Tuna dayanıqlı moda sahəsində hər mövsüm böyüdüklərini və son üç ildə dayanıqlı xammaldan hazırlanan məhsulların sayını əhəmiyyətli dərəcədə artırdıqlarını əlavə edib: "2022-ci ildə 74 min, 2023-cü ildə 160 min və 2024-cü ildə 520 min dayanıqlı məhsulu müştərilərimizə təqdim etdik. Bu böyüməni yalnız Türkiyədə deyil, beynəlxalq bazarlarda da davam etdiririk. "Trendyol Care" kolleksiyamız Orta və Şərqi Avropadan Almaniya, Azərbaycan və Körfəz ölkələrinə qədər 25 ölkədə müştərilərə təqdim olunur. Həmçinin, 20-dən çox qlobal platforma vasitəsilə dünyanın dörd bir yanına çatır. Qarşıdakı dövrdə modanın transformasiyaedici gücünü təbiət üçün bərpaedici təsir göstərə biləcək xammallarla inkişaf etdirməyə davam edəcəyik".
"Bossa""nın biznesin inkişafı üzrə direktoru Besim Özek qeyd edib ki, regenerativ kənd təsərrüfatı yalnız xammal istehsal texnikası deyil, eyni zamanda torpağı, ekosistemi və bioloji müxtəlifliyi yenidən canlandıraraq planetimizin tarazlığını qoruyan istehsal modelidir: "Önəmli layihənin bir hissəsi olmaq bizi sevindirir. Uzun illər ərzində əldə etdiyimiz bilik və təcrübə ilə dayanıqlı istehsala olan öhdəliyimizi bu layihə ilə bir daha göstəririk. Trendyolmilla ilə əməkdaşlığımız, sahəmizdə dönüş nöqtəsi sayılır. Ümid edirik ki, bu transformasiya digər istehsalçılara da ilham verəcək".
"Trendyolmilla"nın yeni kolleksiyası həm müasir şəhər həyatına uyğun dizaynı, həm də bərpaedici pambıqla təbiətə verdiyi töhfə ilə diqqət çəkir. Torpağın sağlamlığını bərpa edən, biomüxtəlifliyi dəstəkləyən və fermerləri gücləndirən bu xüsusi pambıq Regenagri sertifikatına malikdir.
Regenerativ pambıqdan hazırlanan cins kolleksiyasını Trendyol platformasından əldə etmək olar.
Trendyolmilla ilkə imza atıb: Regenerativ pambıqdan cins kolleksiyasıTrendyolmilla ilkə imza atıb: Regenerativ pambıqdan cins kolleksiyasıTrendyolmilla ilkə imza atıb: Regenerativ pambıqdan cins kolleksiyasıTrendyolmilla ilkə imza atıb: Regenerativ pambıqdan cins kolleksiyasıTrendyolmilla ilkə imza atıb: Regenerativ pambıqdan cins kolleksiyasıTrendyolmilla ilkə imza atıb: Regenerativ pambıqdan cins kolleksiyasıTrendyolmilla ilkə imza atıb: Regenerativ pambıqdan cins kolleksiyası

İqtisadiyyat       Tarix: 12 fevral 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək

17 oktyabrda "AWS User Group Baku"nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə Bakıda "AWS Agentic Football Cup" keçiriləcək. Tədbirdə iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradara

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

"Kontakt"dan ad günü sürprizi: kontakt.az-da yenilik var

Azərbaycanda elektron ticarətin inkişafında ön sıralarda gedən "Kontakt"ad günü ərəfəsində onlayn alış-veriş platforması olan saytınıyeniləyib. İndi məhsulu tapmaq, seçmək və sifariş vermək daha asandır. Bu, -ı

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd


azerbaycan xeberleri yeni xeberler son xeberler bugunun xeberleri krimnal bugun son xeberler 2026 ən son xəbərlər