"TRT Haber" Qanlı yanvar barədə reportaj hazırladı: "Azərbaycanın dinməyən ağrısı" - FOTO/VİDEO

"TRT Haber" Qanlı yanvar barədə reportaj hazırladı: "Azərbaycanın dinməyən ağrısı" - FOTO/VİDEO"TRT Haber" Qanlı yanvar barədə reportaj hazırladı: "Azərbaycanın dinməyən ağrısı" - FOTO/VİDEO
Azərbaycan müstəqilliyə gedən yolda çox itkilər verdi. Ən ağrılı günlərdən biri isə 1990-cı il yanvarın 20-də Sovet ordusunun tanklarla Bakıya girərək, insanları qətlə yetirməsi olub.
Bu barədə "TRT Haber"in reportajında qeyd edilir.
Yanvarın 19-dan 20-nə keçən gecə Sovet əsgərləri tanklarla Bakıya girdi, qadına, uşağa, cavana, yaşlıya baxmadan insanları qətlə yetirdilər.
"TRT Haber" Qanlı yanvar barədə reportaj hazırladı: "Azərbaycanın dinməyən ağrısı" - FOTO/VİDEOErmənilər 1988-ci ildən sonra torpaq tələblərini artırmağa başladılar. Tələbləri arasında Dağlıq Qarabağ da var idi.
Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsi qərarı Azərbaycanda etirazla qarşılandı. Azərbaycan xalqı bu qərara etiraz olaraq Bakının Azadlıq meydanında mitinqlər keçirdi.
"TRT Haber" Qanlı yanvar barədə reportaj hazırladı: "Azərbaycanın dinməyən ağrısı" - FOTO/VİDEOArtan mitinqlər Sovet rəhbərliyini təşvişə saldı. Bunun üçün ilk olaraq 19 yanvarda Azərbaycan televiziyasının enerji təminatçısı partladıldı.
Yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusuna aid tanklar 5 istiqamətdən Bakıya daxil oldular. Tanklar onlara maneə yaratmağa çalışan insanları öldürərək şəhərə girdilər.
Həmin gecə Bakıda 130-dan çox insan öldü.
Sovet ordusu qətliamını Neftçala, Lənkəran kimi digər vilayətlərdə davam etdirdi və təxminən 150 mülki azərbaycanlı 20 Yanvar hadisələrinin qurbanı oldu.
"TRT Haber" Qanlı yanvar barədə reportaj hazırladı: "Azərbaycanın dinməyən ağrısı" - FOTO/VİDEOHadisələrdə 744 nəfər yaralandı, təxminən 400 nəfər Sovet ordusu tərəfindən nəzarətə alındı.
Şəhidlər 31 Mart 1918-ci ildə ermənilərin hücumları nəticəsində həyatını itirən azərbaycanlıların məzarlarının olduğu, daha sonra Sovet İttifaqının dövründə parka çevrilən Dağüstü Parkda dəfn edildi.
1 milyon azərbaycanlı şəhidləri dəfn etmək üçün Azadlıq meydanına toplaşdı.
"TRT Haber" Qanlı yanvar barədə reportaj hazırladı: "Azərbaycanın dinməyən ağrısı" - FOTO/VİDEOTorpaqları üçün canını verənlər Şəhidlər Xiyabanına aparıldı.
Azərbaycan xalqı hər il 20 yanvarda Qara Yanvar şəhidlərini anmaq üçün bu xiyabana axın edir.
"TRT Haber" Qanlı yanvar barədə reportaj hazırladı: "Azərbaycanın dinməyən ağrısı" - FOTO/VİDEOQara Yanvar Azərbaycan xalqının səbrini daşırdı. Azərbaycanlılar artıq Sovet hakimiyyətinə etibar etmirdilər.
Azərbaycan üçün müstəqillik yolunda mühüm addımlar atıldı.
1991-ci ildə Azərbaycan xalqı müstəqilliyini elan etmək istədi.
5 fevral 1991-ci ildə ölkə Azərbaycan Respublikası adlandırıldı.
Azərbaycan müstəqilliyini elan etdikdən sonra, Ermənistanın Dağlıq Qarabağla bağlı iddiaları ilə əlaqədar etnik qarşıdurmalar yaşandı.
Azərbaycanlılar sonuncu dəfə 18 oktyabr 1991-ci ildə müstəqilliklərini elan etdilər.
Ermənilərin 1988-ci ildən bəri davam edən 32 illik işğalı Azərbaycan ordusunun uğurlu əməliyyatı ilə başa çatdı.
Qarabağ 2020-ci ildə azad edildi.

Siyasi       Tarix: 21 yanvar 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal


yeni xeberler son xeberler azerbaycan xeberleri son.xabar xeberler az son.xeberler ən son xeberler