Tural Gəncəliyev Dağlıq Qarabağın erməni sakinlərinə erməni dilində səsləndi - VİDEO

Tural Gəncəliyev Dağlıq Qarabağın erməni sakinlərinə erməni dilində səsləndi - VİDEOTural Gəncəliyev Dağlıq Qarabağın erməni sakinlərinə erməni dilində səsləndi - VİDEO
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni sakinlərinə səslənirəm!
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan erməni sakinlərimiz, sizin seçilmiş nümayəndəniz olaraq, sizlərə müraciət edirəm.
Bu ismarıc sülh mesajıdır! Artıq ədalətli və davamlı yekun sülhə nail olmağın vaxtı çatıb və hətta keçib!
Azərbaycan Respublikasının keçmiş Dağlıq Qarabağ vilayəti ölkəmizin uzun illər ən inkişaf etmiş bölgələrindən biri idi. Biz – Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı sakinləri uzun illər sülh şəraitində orada birgə yaşamışıq və yenidən yaşayacağıq.  
Mən Şuşada böyümüşəm. Yaxşı xatırlayıram, Şuşada yaşadığım uşaq vaxtlarında məhəlləmizdə erməni və azərbaycanlı uşaqlar birlikdə vaxt keçirər, oynayardıq. Mənim oxuduğum sinifdə erməni sinif yoldaşlarım var idi. Bizimlə qonşu küçədə isə erməni xanım yaşayırdı. Onun oğlu ilə birgə Şuşa şahmat məktəbinə gedirdik. O zamanlar mən şahmata o qədər həvəsli idim ki, gələcəkdə şahmat üzrə dünya çempionu olmağı arzu edirdim.
Mən, Şuşa musiqi məktəbində tar sinfində oxuyarkən, bizimlə birgə musiqi dərsləri alan erməni şagirdləri tanıyırdım. Həyatımız çox xoşbəxt və maraqlı idi. Təəssüf ki, sonradan bizim gözəl həyatımız işğal nəticəsində məhv oldu.
Bilirəm ki, Dağlıq Qarabağın erməni icması arasında orta və yaşlı nəslin elə bir nümayəndəsi yoxdur ki, onun keçmişdə yaxın azərbaycanlı dostu, yaxud rəfiqəsi olmasın. Eyni şeyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri haqqında danışarkən ermənilər barəsində də deyə bilərəm.  
Təəssüflər olsun ki, artıq 30 ilə yaxın müddət ərzində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının gənc nəsli işğal nəticəsində bir-birindən xəbərsiz böyüyür. Yaxın keçmişdə mövcud olmuş erməni və azərbaycanlıların birgə yaşayışından bəzən hətta bixəbərdirlər.
Biz Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni sakinlərinin iztirablarını da yaxşı başa düşürük. Hazırda Azərbaycanın Dağlıq Qarabağ bölgəsi Ermənistanın işğalı altında olduğundan, bölgənin erməni sakinləri Ermənistanın işğalçı rejiminin əsarətində yaşamağa məcbur ediliblər.  
Hər birinizin diqqətinə çatdırıram ki, sizin də vətəndaşı olduğunuz Azərbaycan Respublikası istər iqtisadi, istər hərbi, istərsə də siyasi baxımdan regionumuzun ən güclü dövlətidir. Məhz bu dövlət bizim xoşbəxt gələcəyimizin yeganə təminatçısıdır.  
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin hər bir erməni əsilli sakininə, bölgənin azərbaycanlı sakinləri adından bu mesajı çatdırıram ki, sülh şəraitində birgə yaşayışa hazır olmaq lazımdır.
Mən inanıram ki, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin erməni sakinləri də anlayırlar ki, bölgənin azərbaycanlı sakinləri ilə dialoqa mütləq şəkildə ehtiyac var. Biz birgə sülh şəraitində yaşayış barəsində düşünməli və buna nail olmalıyıq. Öz evlərindən didərgin salınmış azərbaycanlılar işğal altındakı Dağlıq Qarabağ bölgəsinə geri dönməlidir. Bizlər uzun illərdir ki, öz ata-babalarımızın qəbirlərini ziyarət edə bilmirik və bu hal aradan qaldırılmalıdır.
Təəssüf ki, Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinin erməni sakinlərində Azərbaycana qarşı "düşmən" obrazı yaradılıb, mənfi stereotiplər formalaşdırılıb. Bunların heç birinin əsası yoxdur. Bölgənin erməni və azərbaycanlı sakinləri Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində muxtar qurum statusunda yaşaya bilər. Dünyada bunun çoxlu sayda modeli mövcuddur və mən inanıram ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni sakinləri birlikdə dünyadakı ən uğurlu muxtariyyət formasını yarada bilərlər!
Biz – Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı sakinləri hazırda adı müharibə və məcburi köçkünlərlə birgə hallanan Dağlıq Qarabağ bölgəmizi Azərbaycanın və hətta dünyanın ən önəmli turizm bölgələrindən birinə çevirə bilər və çevirəcəyik. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi mədəniyyətin, iqtisadiyyatın və insan kapitalının yüksək inkişafı ilə seçilə bilər və seçiləcəkdir.
Biz – Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı sakinləri Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində, yüksək özünüidarəetmə statusu ilə birlikdə yaşayıb, öz müqəddəratımızı Azərbaycan Respublikasının konstitusiyasına uyğun olaraq təyin edəcəyik! Buna alternativ yoxdur!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi Azərbaycanın işğaldan azad edilmiş bütün torpaqlarında bərpa işləri aparılacaq, bütün infrastruktur yenidən qurulacaq, turizm, iqtisadiyyat və digər sahələrin inkişafı üçün ən yüksək imkanlar Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaradılacaq.

/oxu.az

Siyasi       Tarix: 14 iyun 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Britaniya səfiri İran XİN-ə çağırılıb

Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb. -ın  APA-ya istinadən məlumatına görə, diplomat Britaniya hökumətinin İrana qarşı davamlı destruktiv siyasəti ilə bağlı İranın kəskin etiraz

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən xəbərlər kriminal xeber cəbhədən son xəbərlər cebheden xeber