Tural Gəncəliyev Qarabağ separatçılarının rəhbərinə cavab verdi

Tural Gəncəliyev Qarabağ separatçılarının rəhbərinə cavab verdiTural Gəncəliyev Qarabağ separatçılarının rəhbərinə cavab verdi
"Ermənistan tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş Qarabağ bölgəsində yaradılmış qondarma rejimin "başçısı" Araik Arutunyan bildirib ki, əgər Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin erməni icmasının öz müqəddəratını təyinetmə hüququnu tanıyarsa və təhlükəsizlik təminatı verərsə, münaqişə mərhələli şəkildə həll edilə bilər".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev deyib.
"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri olaraq bildirmək istəyirəm ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllini və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının sülh şəraitində birgə yaşamasını və inkişafını fəal şəkildə dəstəkləyirik.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icması 1975-ci il Helsinki Yekun Aktında nəzərdə tutulmuş öz müqəddəratını təyinetmə prinsipindən bölgənin azərbaycanlı icması ilə birlikdə bərabərhüquqlu şəkildə və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində istifadə edə bilər. Öz müqəddəratını təyinetmə prinsipi heç bir halda ölkələrin ərazi bütövlüyünün pozulması, işğal faktının legitimləşdirilməsi, yaxud ərazilərin ilhaqı ilə nəticələnə bilməz.
Təhlükəsizlik təminatı ilə bağlı səslənən fikirlərə gəldikdə isə qeyd etməliyəm ki, Ermənistan – Azərbaycan münaqişəsindən ən çox əziyyət çəkən məhz əraziləri işğal olunmuş Azərbaycan Respublikası və mənim kimi öz doğma yurdlarından didərgin salınmış yüzminlərlə azərbaycanlı məcburi köçkünlərdir", - o bildirib.
Onun sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağ bölgəsinin erməni icması üçün yeganə təhlükəsizlik riski işğala əsaslanan hazırki status-kvonun Ermənistan tərəfindən qorunub saxlanılması siyasətidir:
"Ermənistan Silahlı Qüvvələrinin mərhələli həllin tərkib hissəsi kimi Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki erməni icması üçün heç bir təhlükə yaratmayacaq. Ermənistanın və qondarma rejimin təhlükəsizliklə bağlı iddiaları münaqişənin həllini yubatmaq və nəticədə Azərbaycan ərazilərinin işğalını uzatmaq üçün bəhanədən başqa bir şey deyildir.
Bundan əlavə nəzərə alınmalıdır ki, Ermənistan – Azərbaycan münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun hər üç həmsədr ölkəsi BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir və onlar əldə olunacaq sülh sazişinə cavabdeh olacaqlar. Elə təkcə bu amil Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində təhlükəsizliyin təmin edilməsi ilə bağlı çox önəmli bir məqamdır.
Buna görə də Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq bir daha erməni icmasını icmalararası dialoq təklifimizə səs verməyə çağırırıq.
Son olaraq bildirmək istərdim ki, zaman-zaman kriminal məsələlərdə adı hallanmış oliqarx A.Arutunyan öz açıqlamaları ilə "siyasət" və "idarəetmə"də nə qədər savadsız, təsadüfi və oyuncaq bir fiqur olduğunu göstərir. Onun Azərbaycanı hədələməsi isə istehza və gülüş doğurur. Əslində, bu qondarma "başçı"nın özü də yaxşı dərk edir ki, bölgənin erməni icmasının Azərbaycanın suverenliyindən kənar heç bir gələcəyi yoxdur. Tam ümidvarıq ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icması tezliklə belə kriminal ünsürlərin "hakimiyyəti"ndən azad olunacaqdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi ölkəmiz öz ərazi bütövlüyünü təmin edəcək və işğaldan azad edilmiş bütün torpaqlarda bərpa işləri aparılacaqdır", T. Gəncəliyev qeyd edib.

Siyasi       Tarix: 30 may 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəməni

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi


son xeberler yeni xeberler azerbaycan xeberleri ensonxeberler bu gunun xeberleri haqqinda melumat zelzele kriminal xeberler