Tural Salifov: "Tələbələrimiz təcrübə müddətində Türkiyədə 700, İsraildə 1100 dollar məvacib alırlar" - FOTO

Tural Salifov: Tural Salifov: "Tələbələrimiz təcrübə müddətində Türkiyədə 700, İsraildə 1100 dollar məvacib alırlar" - FOTO
"Universitetə daxil olan tələbələr arasında bu peşəni sevib gələnlər də var, sadəcə olaraq diplom xətrinə gələnlər də var. Azərbaycan Turizm və Menecment Universitetində təhsil alan və hotelçilik üzrə təhsilini başa vuran tələbələrin 85 faizi müxtəlif hotellərdə ixtisasları üzrə fəaliyyət göstərirlər".
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Turizm və Menecment Universitetinin baş müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Tural Salifov deyib.
O bildirib ki, bir müəllim kimi getdiyi hotellərin böyük bir hissəsində öz tələbələrini görür:
Tural Salifov: "Tələbələr təhsil aldıqları dövrdə ölkə daxilində fəaliyyət göstərən prestijli hotellərdə praktika keçirlər. Bundan əlavə hotelçilik üzrə təhsil alan tələbələr üçüncü kursda Türkiyəyə, İsrailə təcrübə proqramlarına göndərilirlər. Orada tələbələr bu ixtisası daha dərindən öyrənirlər. Artıq həmin tələbələr ölkəyə qayıtdıqdan sonra onların fikirləri tamamilə dəyişir. Hotel elə bir sistemdir ki, burada çalışan insanın qonaqlara qarşı qonaqpərvərliyi, davranış tərzi, ünsiyyəti hər zaman dəyişir.
Tələbələr səfirliklərin təyin etdiyi saya müvafiq olaraq seçilir, hazırlanır və göndərilir. Məsələn, Türkiyə səfirliyi Azərbaycan Turizm və Menecment Universitetindən bir dəfə 90, bir dəfə isə 45 tələbə istəyib. Təkcə keçən il səhv etmirəmsə 120-yə yaxın tələbəni praktika üçün Türkiyəyə göndərmişik. Tələbələrin çoxu Antalya, Kəmər, Bələk, Alaniya kimi yerlərdə fəaliyyət göstərən tanınmış hotellərdə çalışıb, həm təcrübə keçir, həm də çalışdıqları üçün məvacib alırlar. Belə ki, Türkiyədə çalışan tələbələr 700 dollar, İsraildə çalışanlar isə 1100 dollar məvacib aldıqlarını deyirlər. Bu təcrübə proqramı isə hazırda sadəcə altıaylıq müddətində həyata keçirilir".
T.Salifov onu da əlavə edib ki, tələblər xarici ölkədən praktikadan qayıtdıqdan sonra sonuncu kursu yerli hotellərdə əyani şəkildə təcrübə edərək öyrənirlər:
"Hotellərin baş menecerləri, menecerləri tələbələrimizə dərs deyirlər. Hazırda da dördüncü kurs tələbəsi olaraq hotellərdə çalışan tələbələrimiz var. Hətta hostes (hotel inzibatçısı, sahibi, idarəçisi - red.) olaraq çalışan tələbələrimiz var. Məvacibləri də fəaliyyətə görə dəyişir. Hazırda bizim universitetdə 18 müəllim universitetdə tədris etməklə yanaşı, paralel olaraq hotel biznesində də çalışır. Düşünürük ki, bu, tələbələrə hotelçilik sahəsində yeniliklərdən xəbərdar olmaları üçün ən önəmli məqamlardan biridir".
Könül Cəfərli

Turizm       Tarix: 30 noyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı. Dünyaca məşhur səyahət və qastronomiya bələdçisi "TasteAtlas" tərəfindən dünyanın ən yaxşı qastronomiya şəhərlərinin siyahıs

AZAL-da aviasiya təhlükəsizliyi sahəsində işə qəbul proseduru dəyişib

AZAL-da aviasiya təhlükəsizliyi sahəsində işə qəbul proseduru dəyişib. Nazirlər Kabineti "Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası"nda dəyişiklik edib.  xəbər verir ki, Qaydaya əsasən, aviasiya təhlükəsizliy

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO. Sumqayıt şəhərinin Corat qəsəbəsində beş yüz illik tarixə şahidlik edən Hacı Məcid hamamına sahib çıxan yoxdur. . Belə ki, tarixi hama

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriy

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi. Rusiyanın "Azimut" Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib. Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbə

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq. Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti ("Rosobrnadzor") əmək miqrantları üçün rus dili imtahanını dəyişə bilər. Bildirili

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik. "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıql

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir . Omanın aşağıbüdcəli "SalamAir" aviaşirkəti yayda ən populyar iki istiqamət - Azərbaycanın Bakı şəhəri və Qazaxıstanın Almatı şəhəri üzrə uçuşları bərp

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barəd


yeni xeberler azerbaycan xeberleri son xeberler dunya xeberleri son xeber az son xeberler bugun 2026 canli kriminal bugun