Turan və Tural qardaşları: "Finalda ilk onluğun içərisində olacağıq" - MÜSAHİBƏ

Turan və Tural qardaşları: Turan və Tural qardaşları: "Finalda ilk onluğun içərisində olacağıq" - MÜSAHİBƏ
"Bir neçə məşhur tok-şou proqramını izləyərək, ingilis dilini mənimsəmişik".
Bu sözləri Azərbaycanı bu il "Avroviziya" mahnı müsabiqəsində təmsil edəcək Tural və Turan Bağmanovlar lent.az-a müsahibədə deyiblər.
Müsahibəni təqdim edirik:
- Tural və Turan, oxşarlığınız və musiqi bacarığınızla, demək olar ki, hər kəsi təəccübləndirmisiniz. Maraqlıdır, musiqi təhsiliniz varmı?
- 2000-ci ildə Zaqatala şəhərində anadan olmuşuq və heç bir musiqi məktəbinə getməmişik. Vokal sənəti üzrə Sumqayıt Musiqi Kollecində təhsil almışıq. Xarici dili seriallara, kinolara baxaraq öyrənmişik. Bundan başqa, bir neçə məşhur tok-şou proqramını izləyərək, ingilis dilini mənimsəmişik.
- Məlumatıma görə, ata və qardaşlarınızı qəza nəticəsində itirmisiniz. Bununla bağlı həyatınızda hansı çətinliklərlə qarşılaşmısınız?
- Atamızı və özümüzdən böyük iki qardaşımızı itirməyimiz, həqiqətən də, yaşadığımız ən böyük çətinlik olub. Təbii ki, maddi sıxıntılar çəksək də, həmişə öz ayaqlarımız üzərində dayanmağa çalışmışıq. Bundan əlavə, Turan iki il hərbi xidmətdə olub. Biz həmişə bir yerdə olduğumuz üçün bu müddət ərzində çətinlik çəkdik. Yaşadığımız çətinliklərə baxmayaraq, qarşımıza məqsəd qoymuşuq ki, irəli gedəcəyik. Çünki bütün bunlar insanı zəiflətməməlidir. Əksinə, biz gücləndik və özümüzü sübut etdik.
- Deyirlər ki, əkizlər o qədər fərqli auraya sahibdirlər ki, elə bil Zaqatalada deyil, Avropada dünyaya gəliblər. Zaqatala sizin üçün nə ifadə edir?
- Zaqatalaya getdiyimiz zaman ruhumuz dincəlir. Oranın yeməkləri, təbiəti və evimiz bizim üçün əvəzolunmazdır. Zaqatalanı sevirik.
-  Bəs çatmaq istədiyiniz, ən çox xəyalını qurduğunuz nədir?
- Əfsanəyə çevrilmək istəyirik. Gələcəkdə geriyə dönüb baxdığımız zaman yüzlərlə mahnı və albomumuzun olduğunu görmək, qlobal musiqi sahəsində olmaq istəyirik. Əsas bu məqama çatmaq istəyirik. Daim yolda olmaq, dünya turuna çıxmaq arzumuzdur. Ən çox xəyalını qurduğumuz hadisə isə bir çox musiqiçilər kimi, "Grammy" səhnəsinə çıxmaqdır.
- Ölkəmizi təmsil edəcəyinizi öyrəndiyiniz an nələr yaşadınız? Sevincinizi ilk kiminlə bölüşdünüz?
- Açığı, heç kəsə zəng etmədik. Nəticə açıqlandıqdan beş dəqiqə sonra hər kəs artıq bilirdi ki, biz seçilmişik. Həmin an nə hiss etdiyimizi ancaq yaşayan bilər. Əvvəl başa düşmürdük, şokda idik. Bu hadisəyə necə reaksiya verəcəyimizi anlamırdıq. Çox fərqli bir hissdir. İndi anlayırıq ki, bu, realdır və mahnımızı bütün dünya dinləyir. Bundan başqa, bizi artıq tanıyırlar. Bunun üçün çox minnətdar və xoşbəxtik.
- Azərbaycanlı ifaçılardan kimləri dinləyirsiniz?
- Ən çox dinlədiyimiz "Rast" və "No land" qrupları, Rasim Müzəffərlidir.
- "Avroviziya 2023"dən gözləntiləriniz nələrdir? Favoritləriniz kimlərdir?
- İlk olaraq deyə bilərik ki, finala kimi gedəcəyik. Hətta finalda ilk onluğun içərisində olacağıq. Bu müsabiqəyə öz mahnımızla qatılırıq. Gəlin bununla fəxr edək və dəstək olaq. Bütün dünyaya sübut edirik ki, Azərbaycanın heç kimdən mahnı almağa ehtiyacı yoxdur. İnsanların bizə inanmağını istəyirik. Siz inanın və dəstəkləyin ki, biz də var gücümüzlə işləyək. Dünyaya Azərbaycanın nə qədər yaradıcı ruhlu, istedadlı insanlarının olmasını sübut edəcəyik.
Favoritlərimizə gəlincə isə bunlar Malta, İslandiya və İrlandiyanın təmsilçiləridir. / oxu.az

Şou Biznes       Tarix: 15 mart 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

Türkiyədə məşhurlara qarşı aparılan narkotik araşdırması çərçivəsində saxlanılan aktrisa Çağla Bozun narkotik testi ilə bağlı nəticə açıqlanıb. Türkiyə mediası xəbər verir ki, əməliyyat zamanı aralarında aktrisa Çağla Bozu

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxeber cəbhədən video krimnal xeber butun xeberler