Turistləri palçıq vulkanları ilə ölkəmizə cəlb edə bilirikmi? - FOTO

Turistləri palçıq vulkanları ilə ölkəmizə cəlb edə bilirikmi? - FOTOTuristləri palçıq vulkanları ilə ölkəmizə cəlb edə bilirikmi? - FOTO
Dünyadakı 800-dən çox palçıq vulkanından 400-ə yaxını bizim ölkəmizdədir. Bu statistika ölkəmizin adını həm də "vulkanlar ölkəsi" kimi tanıdıb. 
Palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron ərazisində - sahildə, dənizdə və adalarda cəmləşib. Xəzər dənizində 140-dan çox belə vulkan var. Bakı arxipelaqında palçıq vulkanlarının fəaliyyəti nəticəsində 8 ada yaranıb. Dünyanın ən böyük palçıq vulkanları - Böyük-Kənizadağ və Turağay da bizim coğrafiyada yer alıb. Nəzərə alsaq ki, dünyanın ən böyük palçıq vulkanının püskürməsi "Ginnesin Rekordlar Kitabı"na daxil edilib, onda bu sahə üzrə mütəxəssislərin diqqətinin ölkəmizə yönəlməsini də təsadüfi saymaq olmaz. 
"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib:
Ekoturizm obyekti
Palçıq vulkanların neft və qaz tərkibinə və əlverişli hidrogeoloji şəraitinə görə maqmatik vulkanlardan fərqlənməsi və eyni dağıdıcı enerjiyə malik olmaması bu təbii sərvətin ölkəmizdə ekoturizm obyekti kimi istifadəsinə şərait yaradır. Prezident İlham Əliyevin "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupunun Dövlət Təbiət Qoruğunun yaradılması haqqında" Sərəncamı artıq 50-dən çox palçıq vulkanının Dövlət Təbiət Qoruğu statusu almasına səbəb olub. Həmçinin, dövlət başçısının iştirakı ilə 2021-ci ildə Abşeron rayonunun Qobustan kəndinin ərazisində Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub. Belə ki, kompleks Azərbaycana səfər edən turistlərə palçıq vulkanları ilə bağlı ətraflı informasiya əldə etmək imkanı verəcək. 
Turistləri palçıq vulkanları ilə ölkəmizə cəlb edə bilirikmi? - FOTOTuristlər üçün cəlbedici
Bu yaxınlarda ilin yekunlarına həsr olunan Turizm Sammitində Palçıq Vulkanları Turizm Kompleksi üzrə işlərin artıq yekunlaşmaqda olması ilə bağlı verilən məlumat da turizmin bu növünün artıq diqqətdə olduğunu gündəmə gətirdi: "Kompleksdə müxtəlif cür xidmətlər təşkil ediləcək. Həmin xidmətlərdən gələn turistlər də istifadə edəcəklər".
Dövlət Turizm Agentliyi də mövzu ilə bağlı sorğumuza cavab olaraq yaxınlarda kompleks üzrə hazırlıqların başa çatacağını və bu haqda ictimaiyyətə geniş məlumat veriləcəyini bildirdi. 
Bu hazırlıqlar yaxın gələcəkdə ölkəmizdə yeni bir turizm bumunun yaşanacağına ümidləri artırır. Yeni və unikal turizm məhsulu kimi vulkanlar turistlər üçün çox cəlbedici hadisə ola biləcək. Yəni klassik tətil mövsümü başa çatdıqdan sonra - payız-qış aylarında da səyahətçilər ölkəmizə gəlməkdə davam edəcəklər. Bu səfər zamanı onlar bu heyrətamiz vulkanları çox yaxın məsafədən görmək şansı qazanacaq, bu məkanın verdiyi sehri hiss edəcəklər. Amma bir şərtlə: bu istiqamətdə işlər mükəmməl qurularsa. Hələlik isə... 
Kortəbii turlar
Dünya təcrübəsində sehrli gözəlliyə malik palçıq vulkanlarının olduğu yerlərə turlar təşkil edilir, bu məkanlarda tibb müəssisələri yaradılır, kurortlar tikilir. Vulkan turları növlərindən asılı olaraq dünyada çox məşhurdur. İslandiya, İndoneziya, Meksikada palçıq vulkanları, İtaliyada Vezuvi vulkanı, həmçinin Kamçatkada, Azov dənizində və s. yerlərdə palçıq vulkanlarına turlar turistləri cəlb edir. Palçıq vulkan turları daha çox sağlıq turizmi məqsədilə təklif olunur. Vulkanik palçıq sağlamlığa faydalı təsir göstərir: sərin təbii vannalarda üzgüçülük seanslarından sonra dayaq-hərəkət sistemi və ürək-damar sistemi xəstəliklərinin simptomları yüngülləşir. Həmçinin, vulkanlar və onların palçıq kütlələrindən elm və sənayedə istifadə olunur. 
Təəssüf ki, ölkəmiz palçıq vulkanlar üzrə dünyada birinci yerdə olmasına baxmayaraq, turizm destinasiyası kimi bu sahənin inkişafından danışmaq olmaz. Hələlik palçıq vulkanlarına yerli turizm şirkətləri tərəfindən kortəbii ekskursiyalar təşkil edilir. Yəni bu gün palçıq vulkanlarının ərazisində xoş olmayan mənzərə var. Bunu turizmçilər özləri də etiraf edirlər. 
Turistləri palçıq vulkanları ilə ölkəmizə cəlb edə bilirikmi? - FOTOQış aylarının problemi
Turizmçi Tərlan Quliyev palçıq vulkanları turizminin ölkəmizdə populyar olduğunu bildirsə də, bu sahədə müəyyən problemlərin olduğunu da qeyd edir: "Bu turizm növü xüsusən ərəb və hindistanlıları cəlb edir. Destinasiya çox maraqlıdır. Bu istiqamətdə şirkətlər tərəfindən ekskursiyalar və turlar təşkil edilir. Kompleksin özünə yaxşı yol çəkilib və vulkanlara getmək olur. Digər tərəfdə isə yol keyfiyyətsizdir, yağışlar olanda, xüsusən qış aylarında ekskursiyaların təşkili mümkün olmur". Turizmçinin sözlərinə görə, hazırda palçıq vulkanlara olan ekskursiyalar ziyarət xarakteri daşıyır: "Yay mövsümündə bəzən turistlər palçıq vulkanların içinə girir və könüllü olaraq palçıq vannası qəbul edirlər. Amma xüsusi olaraq orada müalicə-sağlamlıq üçün xüsusi bir xidmət nəzərdə tutulmayıb. Ola bilər ki, gələcəkdə bununla bağlı nüanslar nəzərə alınsın".  
Turistləri palçıq vulkanları ilə ölkəmizə cəlb edə bilirikmi? - FOTOİnsanlarımız daha çox əyləncəyə meyl edirlər
Turizmçi Səbinə Rüstəmova əsasən Qobustan ərazisinə turların təşkil edildiyini bildirir: "Ən məşhur və ziyarət edilən palçıq vulkanları Bakıdan 75 km cənub-qərbdə, Qobustan kəndi yaxınlığında yerləşir. Turlarda əsasən əcnəbilər iştirak edirlər. Hindistan, Pakistan və ərəb ölkələrindən gələn turistlər palçıq vulkanlarına səyahət etdiyindən, onlar üçün belə turlar təşkil edilir". S.Rüstəmova öz vətəndaşlarımızın belə turlara maraq göstərmədiyini təəssüflə qeyd edir: "Bizim insanlar elmi turlara maraq göstərmirlər. Onlar daha çox əyləncə turizminə və qış turizm növlərinə meyl edirlər. Ancaq məktəblilər belə turlarda iştirak edirlər. Bu turlar məlumat yönlü olduğu üçün uşaqlara  məlumatlar verilir. Hesab edirəm ki, bu turizm növünü daha da populyarlaşdırıb turizm destinasiyası kimi inkişaf etdirmək olar. Nəticədə yerli əhalinin marağı artar, əcnəbi turistlərin sayı da çoxalar".  / oxu.az

Turizm     Baxılıb: 264   Tarix: 24 dekabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO. Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatın

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA. "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 011 nömrəli reysi yerinə yetirən təyyarəsi Birləşmiş Ərəb Əmirliklərində müşahidə olunan əlverişsi

Ən gənc dağçımız: "Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam" - MÜSAHİBƏ + FOTO

Ən gənc dağçımız: "Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam" - MÜSAHİBƏ + FOTO. Fəridə Babayeva Azərbaycanın ən gənc xanım dağçısıdır. O, hələ 13 yaşı olanda Quba rayonunun Xınalıq kəndi yaxınlığında

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO. "2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46,7 faiz artaraq 341 min nəfər olub". . xəbər veri

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI. Aprel ayında tur paketlər bahalaşıb. xəbər verir ki, hazırda bu sahədə tələb təklifi üstələyir. İlkin rezervasiya zamanı kimlər tur paket alıbsa, büdcəsinə xeyli qənaə

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO. Azərbaycanın milli aviadaşıyıcısının kollektivi Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarə

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 17-dən Bakıdan Londonun daha bir hava limanına - Qetvikə reyslərin icrasına başlayıb. Bu barədə "Azərbayca

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 31-dən yay uçuş cədvəlinə keçid edir. Cədvəl oktyabrın 26-dək qüvvədə olacaq. Aviaşirkət yay qrafiki üzrə səyahə

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO. Tailandın şimalında yerləşən Çianqmay şəhəri dünyanın ən çirkli atmosferə malik şəhərlərinin reytinqində birinci yeri tutub. Bu barədə "IQAir"


yeni xeberler son xeberler azerbaycan xeberleri axsam.az xeberler cəbhədən son görüntülər ən son xəbərlər bugün axsam az xeberler