Turizm sektoruna dəstək mexanizmləri hazırlandı

Turizm sektoruna dəstək mexanizmləri hazırlandıTurizm sektoruna dəstək mexanizmləri hazırlandı
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev turizm şirkətlərinə müraciət edib.
Müraciətdə bildirilir ki, dünya turizm sənayesi COVID-19 pandemiyasının sürətlə yayılması nəticəsində hazırda ağır dövrünü yaşayır.
Qeyd olunur ki, turizm sahəsində böyük təcrübəyə sahib olan aparıcı ölkələr belə üzləşdikləri problemin öhdəsindən gəlməkdə çətinlik çəkir və bu böhrandan çıxış yolunu tapmaq üçün mümkün vasitələri nəzərdən keçirir:
"Azərbaycan da son illər sürətlə inkişaf edən turizm ölkəsi kimi COVID-19 pandemiyasının ölkə ərazisində yayılması səbəbindən çətin günlərini yaşayır. Azərbaycan Turizm Agentlikləri Assosiasiyası bu çətin dövrdə ölkənin formalaşan turizm sənayesində mühüm yer tutan turizm şirkətlərinin üzləşdikləri problemləri daim diqqətdə saxlayıb və aparıcı turizm şirkətlərinin rəhbərləri ilə təmasda olaraq, onların problemləri ilə maraqlanıb.
Mövcud vəziyyəti nəzərə alaraq, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası turizm şirkətlərinin COVID-19 virusu səbəbindən üzləşdiyi çətinlikləri aradan qaldırmaq və pandemiya nəticəsində zərər görmüş şirkətlərin fəaliyyətini stimullaşdırmaq üçün təkliflər hazırlayaraq Dövlət Turizm Agentliyinə təqdim edib.
Təqdim edilən dəstək mexanizmlərinə aşağıdakılar daxildir:
1. 2020-ci ilin altı ayı müddətinə turizm agentliklərində işləyən muzdlu işçilərin minimum əməkhaqlarının subsidiyalaşdırılması;
2. Vergi ödəyicilərinin bir il müddətinə (2020-ci il üçün) hər növ vergi öhdəliklərindən azad edilməsi (DSMF, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, mənfəət vergisi, sadələşdirilmiş, ƏDV, daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan vergi və s.);
3. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlar tərəfindən ödənilən icarə haqları üzrə ən az üç aylıq maliyyə dəstəyinin verilməsi (zərurət olarsa, bu dəstəyin işçilərin ixtisar olunmaması şərti ilə altı ayadək uzadılması);
4. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların açıq məkanda (fasad) reklam yayımına görə, rüsumdan ən az bir il müddətinə azad olunması;
5. Zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların mövcud kredit və bank qarantiya öhdəliklərinin minimum altı ay müddətinə dondurulması;
6. Kredit faizlərinin subsidiyalaşdırılması və kredit zəmanəti alətlərindən də pandemiyanın zərər vurduğu sahələrdə fəal istifadə olunması (girovsuz kreditlərə zəmanətlərin verilməsi, ilin sonunadək komissiyaların ləğv edilməsi, faiz subsidiyasının zəmanətli olmayan kreditlərə də şamil olunması);
7. Pandemiyadan zərər çəkmiş fəaliyyət sahələrində kommunal xidmətlərin ödənişinə dair kompensasiyaların ödənilməsi;
8. Yaxın gələcəkdə turizm fondunun yaradılması prosesinin sürətləndirilməsi və turizm biznesinin sığortalanması zərurətinə yenidən baxılması;
İnanırıq ki, bütün gücümüzü səfərbər etsək, birgə çalışsaq, bu çətinliyin öhdəsindən gələ biləcəyik və Azərbaycan turizmini daha da inkişaf etdirəcəyik". /oxu.az

Turizm       Tarix: 28 mart 2020
f Paylaş

Oxşar xəbərlər

İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır

İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır. "İnquşetiya hökuməti Bakıya qatarların hərəkətini təmin etmək üçün ötən əsrin 90-cı illərindən boş qalan dəmiryol relslərini təmizləyir"

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barəd

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi. Rusiyanın "Azimut" Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib. Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbə

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO. Bakı "Destination Dupes"un reytinq siyahısında ilk beşliyə daxil olub, həmçinin "Instagram", "TikTok"

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI. Aprel ayında tur paketlər bahalaşıb. xəbər verir ki, hazırda bu sahədə tələb təklifi üstələyir. İlkin rezervasiya zamanı kimlər tur paket alıbsa, büdcəsinə xeyli qənaə

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir. Novruz bayramının gəlişi ilə Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərinə onlarla marşrut üzrə uçuşlar təqdi

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO. Bakıdan Rusiyanın Omsk vilayətinə son 10 ildə ilk dəfə yola düşən təyyarə təyinat nöqtəsinə çatıb. Bu barədə Omsk hava limanının mətbuat xidməti "Telegram" kanalınd

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO. Tailandın şimalında yerləşən Çianqmay şəhəri dünyanın ən çirkli atmosferə malik şəhərlərinin reytinqində birinci yeri tutub. Bu barədə "IQAir"

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO. Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatın


son xeberler azerbaycan xeberleri yeni xeberler qarabag bugunun xeberleri son xeberler bugun 2026 canli ən son xəbərlər bugün