Turizmin qızıl payız dövrü - FOTO

Turizmin qızıl payız dövrü - FOTOTurizmin qızıl payız dövrü - FOTO
Azərbaycanda yay və qış turizmləri ilə yanaşı payız turizmi də aktuallaşmağa və populyarlaşmağa başlayır. Turizmçilər payız aylarında müxtəlif istiqamətlərdə birgünlük və ikigünlük payız turları təşkil edirlər. Bölgələrdə keçirilən festivallar da payız turizminə böyük dəstəkdir. 
Səyahət bineyi-qədimdən həm fiziki, həm də psixiki baxımdan sağlamlıq üçün xeyirli olub. Bunun qədərini, əlbəttə ki, hansısa cihazla ölçmək mümkün deyil. Amma çox olmağı göz önündədir. Tibbi cəhətdən də sübut olunub ki, səyahətlər stresi azaldır, beyin fəaliyyətini yaxşılaşdırır, əsəbləri sakitləşdirir. Bundan başqa, ruh halına da müsbət təsir edir, xoşbəxtlik hormonlarını yüksəldir. Səyahətlər insan orqanizmində sanki F5 – yenilənmə funksiyasını daşıyır. 
Mövzu ilə bağlı "Kaspi" qəzetinin yazısını təqdim edirik.
Turizmin qızıl payız dövrü - FOTOQızıl payız – turizmdə yeni səhifə
Azərbaycanda turistik səfərlər daha çox yay və qış ayları üçün nəzərdə tutulurdu. Amma son illərdə artıq payız turizmi də dəbə düşür və inkişaf edir. Elə dünya praktikasına da nəzər salsaq, indi insanlar payız turizminə də üstünlük verməyə başlayıblar. Bunun da səbəbləri var. Mələsən, payızda otel və səyahət qiymətləri yaya nisbətən ucuz başa gəlir, həddindən artıq isti və ya soyuq hava insanı bezdirmir, oksigen bolluğu olur və s. Üstəlik, təbiətin özü də bir ayrı cür gözəl olur bu fəsildə. Azərbaycanda payız turizminin hansı səviyyədə olduğunu mütəxəssislərdən soruşduq. 
Turizmin qızıl payız dövrü - FOTOPayız mövsümünə uyğun maraqlı və cəlbedici məkanlar 
Turizm üzrə ekspert, dosent Rəhman Səfərov 21-ci əsrə qədər turizmə qış və yay turizmi platformasından yanaşıldığını bildirir: "Yəni turizm iki bölmədə incələnirdi. Amma hazırda yaz və payız aylarındakı turizmi canlandırmaq baxımından hər bir ölkə özünəməxsus təkliflər irəli sürməkdədir. Yəni hər bir ölkədə payız və yaz mövsümlərinə uyğun maraqlı və cəlbedici məkanlar, festivallar, tədbirlər var. Azərbaycanda da bu istiqamətdə son 10-15 ildə xeyli işlər görülür. Payız mövsümündə turizm sektorunu canladırmaq, hərəkətliliyi artırmaq məqsədilə müxtəlif tədbirlərin, festivalların təşkilini buna misal çəkmək olar. Bütün bunlar əslində çox yaxşıdır". 
Turizmin qızıl payız dövrü - FOTOGələcəkdə festivallar daha geniş vüsət alacaq 
Rəhman bəy deyir ki, festivallar olduqca rəngarəngdir: "Ölkəmizin hər bir regionunda fərqli və bölgəyə məxsus meyvə-tərəvəz yetişir. Bu məhsullara uyğun müxtəlif festivallar təşkil olunur. Bu, xarici turistlər üçün bir o qədər maraqlı olmasa da, yerli – daxili turizm baxımından məqsədəuyğundur. Hamısı da bir-birindən yaxşı tədbirlərdir. Düşünürəm ki, çox qısa bir zamanda bu festivallar daha geniş vüsət alacaq, genişlənəcək. Yəni regionlardakı festivallar beynəlxalq miqyasa çıxarılaraq xarici turistlərin ölkəmizə gəlişinə yaxşı mənada təsir edəcək. Düşünürəm ki, nar, xurma, qərzəkli meyvələr, sitrus meyvələri və s. bağlı festivalları daha da genişləndirməklə buna nail olmaq olar. Belə bir sual yarana bilər ki, bu tip festivalların, tədbirlərin bugünkü vəziyyəti necədir və problemi nədən ibarətdir? Bu istiqaməti tədqiq edib deyə bilərik ki, festivallar çox yaxşıdır. Yəni bu ənənənin başlanması turizm üçün müsbət bir addımdır, həm də yeni bir istiqamətdir. Amma biz çalışmalıyıq ki, bu festivalları qısamüddətli yox, bir neçə günlük, hətta deyərdim ki, bir həftəlik edək. Əgər biz beynəlxalq turizmdən danışırıqsa, birgünlük keçirilən festivalların effekti aşağı olacaq. Günləri artırmaq, keyfiyyəti də yüksəltmək lazımdır ki, həm yerli, həm də xarici turistləri cəlb edə bilək. Qeyd etmək istəyirəm ki, ölkəmizdə təkcə meyvə-tərəvəz festivalları deyil, həmçinin plov, mürəbbə, musiqi, teatr, yaylaq və digər festivallar da keçirilir. Bunlar da özü-özlüyündə çox gözəldir və təqdirəlayiqdir". 
Turizmin qızıl payız dövrü - FOTOPayızda turist axını daha çox cənub bölgəsinə olur 
Turizm sahəsində çalışan Aqil Ağalarovsa deyir ki, payız aylarında müxtəlif istiqamətlərdə birgünlük və ikigünlük payız turları təşkil edirlər: "Birgünlük daxili turları daha çox İsmayıllı, Quba, Qəbələ, Lənkəran, Masallı, Lerik, Astara rayonlarına edirik. Qeyd etmək istərdim ki, payız turizmində turist axını daha çox cənub bölgəsinə olur. Bu bölgələrə birgünlük turların qiyməti səhər və günorta yeməyi və çay süfrəsi daxil olmaqla bir nəfər üçün 45 manat, bu istiqamətdə ikigünlük turlarımız dörd dəfə yemək, gəzinti və hotel xərci daxil olmaqla 109 manat təşkil edir. Bundan başqa, bu mövsümdə Mingəçevir-Göygöl, İsmayıllı-Qaranohur gölü, Şəki-Qax-Zaqatala turlarımız da çox olur. Daha çox maraq doğuran "Astara-mandarin" turudur. Tur vaxtı sitrus meyvələri yığılır, çay plantasiyasına gəzinti, nahar və çay süfrəsi təşkil olunur ki, bu da turistlər üçün çox maraqlıdır. İsmayıllı-Qaranohur gölü ətrafına təşkil etdiyimiz turlara da maraq var. Oranın xüsusi payız mənzərəsi insanların xoşuna gəlir. Yay aylarında Naxçıvan çox isti olduğuna görə payız mövsümündə ora da turlarımız olur. Gediş-gəliş təyyarə ilə baş tutur. Naxçıvan turu da digər turlar kimi bir və ikigünlük təşkil edilir. Qarşıda Göyçayda "Nar festivalı", Lənkəranda "Sitrus meyvələri festivalı", Zaqatalada "Fındıq festivalı", Balakəndə "Xurma festivalı və s.  gözlənilir. Bu cür festival və bayramlar da turistləri cəlb etmək üçün çox gözəl vasitədir. Düşünürəm ki, Azərbaycanda yay turizmi kimi payız turizmi də tezliklə inkişaf edəcək".
Turizmin qızıl payız dövrü - FOTOTurizmin qızıl payız dövrü - FOTO/ oxu.az

Turizm       Tarix: 13 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Ən gənc dağçımız: "Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam" - MÜSAHİBƏ + FOTO

Ən gənc dağçımız: "Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam" - MÜSAHİBƏ + FOTO. Fəridə Babayeva Azərbaycanın ən gənc xanım dağçısıdır. O, hələ 13 yaşı olanda Quba rayonunun Xınalıq kəndi yaxınlığında

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi. Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Bu barədə Çelyabinskin Kurçatov hava limanını

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantların qalma müddəti azaldılır

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantların qalma müddəti azaldılır. Rusiya Daxili İşlər Nazirliyi miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi təklifləri ilə hökumətə qanun layihəsi göndərib. Bu barədə qurumu

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır". Azərbaycan İsraillə ikitərəfli turizm əlaqələrini inkişaf etdirməyə çalışır, Təl-Əviv və Bakı arasında uçuşları

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI. Aprel ayında tur paketlər bahalaşıb. xəbər verir ki, hazırda bu sahədə tələb təklifi üstələyir. İlkin rezervasiya zamanı kimlər tur paket alıbsa, büdcəsinə xeyli qənaə

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO. Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatın

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO. Yaz fəslinin ikinci ayını başa vurmaq üzrəyik. Havaların isinməsi ilə əlaqədar turizm sektorunda da canlanma müşahidə olunur. 2020-c

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA. "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 011 nömrəli reysi yerinə yetirən təyyarəsi Birləşmiş Ərəb Əmirliklərində müşahidə olunan əlverişsi

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 19-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir. Bu barədə "Azərbaycan Hava Yolları"


azerbaycan xeberleri son xeberler yeni xeberler maşın realiti şou sou xeberler xeber.az bu gun şou biznes xəbərləri