Türk diplomat Yunanıstandan həbs olundu - Cəsusluq ittihamı ilə
Yunanıstanın Rodos adasında cəsusluqda günahlandırılan türk diplomatını həbs edib.
Publika.az xəbər verir ki, Xarici İşlər Nazirliyi Türkiyə Baş Konsulluğunun əməkdaşı Sebahattin Bayramın cəsusluq ittihamı ilə həbsini qınayıb.
Daha əvvəl Yunanistan polisi Rodosda iki yerli sakinin cəsusluq ittihamı ilə həbs olunduğunu bildirmişdi. Həbs olunanlardan biri Rodos adası ilə Megisti adası (Kastelorizo) arasında feribot xidməti göstərən bir sərnişin gəmisində, digəri Rodosdakı konsulluq müəssisəsində işləyirdi.
"Rodosdakı baş konsulluğumuzun yunan gəmilərinin vurulmasına görə cəsusluq ittihamıyla saxlanılan işçisinin həbsini qınayırıq. Beləliklə, Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasında və Avropa İnsan Haqları Konvensiyasında göstərildiyi kimi onun və ailəsinin azadlığı və təhlükəsizliyi pozuldu", - nazirliyin açıqlamasında deyilir.
Türkiyənin diplomatın hüquqlarını qorumaq üçün addımlar atacağı qeyd olunur.
Zümrüd
Xidmetler [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək