Türk Dövlətləri Təşkilatı bir qurum kimi beynəlxalq münasibətlərdə önəmli rol oynayır

Türk Dövlətləri Təşkilatı bir qurum kimi beynəlxalq münasibətlərdə önəmli rol oynayırAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə cari ilin 16 mart tarixində Ankara şəhərində Türk Dövlətləri Təşkilatının "Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım" mövzusunda Fövqəladə Zirvə görüşü keçirilmişdir. Zirvə görüşündə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları iştirak etmişlər.  Fövqəladə Zirvə görüşündə çıxış edən cənab Prezident bir çox mühüm məsələlər haqqında danışmışdır.  
Qardaş Türkiyədə çoxsaylı insanın tələfatına və xəsarət almasına səbəb olan güclü zəlzələnin fəsadları barədə söz açan Prezident dağıdıcı zəlzələnin on minlərlə insanın həyatına son qoyduğunu və bu hadisənin Azərbaycan xalqını kədərləndirdiyini söyləmişdir.  Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilmişdir. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycanın dünya ölkələri arasında birinci olduğunu vurğulayan Prezident xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfərin sağ çıxarıldığını, 780 nəfərin cəsədinin dağıntılar altında aşkar edildiyini, tibb personalımızın 3 mindən artıq şəxsə tibbi xidmət göstərdiyini  qeyd etmişdir. Hər zaman Azərbaycan və Türkiyənin sevincli və kədərli günlərdə həm maddi, həm mənəvi şəkildə bir-birinin yanında olacağı barədə mesaj ötürən cənab İlham Əliyev zəlzələdə zərərçəkmiş bölgəyə olunan maddi yardım haqqında da məlumat vermişdir: "Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır".
Prezident İlham Əliyev 44 günlük müharibədə Türkiyə hökumətinin və xalqının bizə etdiyi dəstəyi də yada salmışdır: "Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi". Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətini vurğulayan cənab İlham Əliyev bu Bəyannamənin hər iki dövlətin müttəfiqliyinin rəsmi səviyyəyə qaldırdığını söyləmiş, qardaş Türkiyənin beynəlxalq nüfuzundan söz açmışdır.  Prezident bildirmişdir ki, Türkiyə son 20 ildə Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir: "2022-ci ildə Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşündə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi onun Türk dünyasının gücləndirilməsində böyük xidmətlərini bir daha sübut edir". 
Zirvə görüşündə  torpaqlarımızın Ermənistan tərəfindən 30 illik işğal dövründə yüzlərlə şəhər və kəndimizin, tarixi və dini abidələrin, qəbiristanlıqların Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılması məsələsinə də toxunulmuşdur: "Yerlə-yeksan edilən Ağdam şəhərini xarici ekspertlər "Qafqazın Hirosiması" adlandırırlar. Qarabağ və Şərqi Zəngəzurda 67 məsciddən 65-i ermənilər tərəfindən dağıdılıb, qalan ikisindən isə donuz və inək tövləsi kimi istifadə edilib. Təbii sərvətlərimiz talanıb, ətraf mühitə ciddi zərər vurulub". 
Hələ də  Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlərin qaldığını, Ermənistanın 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatı kobudcasına pozduğunu və buna görə məsuliyyət daşımalı olduğunu qeyd edən Prezident 2020-ci ildə Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasından sonra Azərbaycanın bu ərazilərdə genişmiqyaslı yenidənqurma işləri apardığını, nadir, misli görünməmiş yenidənqurma modelinin tətbiq etdiyini vurğulamışdır: "Azərbaycan Ermənistan tərəfindən tamamilə dağıdılmış böyük ərazilərə həyatı yenidən qaytarır. Biz sıfırdan 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə qururuq. Bütün bərpa işləri hökumət tərəfindən postmünaqişə dövründə öz maliyyə resursları hesabına həyata keçirilir. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün "Böyük Qayıdış" proqramının icrası başlanıb". Türkiyə şirkətlərinin də yenidənqurma işlərində fəal iştirak etdiyini söyləyən Prezident digər türk dövlətlərinin də fəaliyyətindən - Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikildiyini, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzi inşa olunduğunu qeyd etmişdir.
Cənab Prezident Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimizin də problemlərinə toxunmuş, orada məhv edilmiş abidələrimizə də diqqət çəkmiş, öz ata-baba yurdlarından didərgin düşənlərin Qərbi Azərbaycan İcmasında birləşdiyini, tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyduqlarını vurğulamışdır: "Biz Azərbaycan dövləti olaraq Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyimiz kimi, Ermənistan da qarşılılıq prinsip əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir".
Türk dünyasının birliyini və gücünü əks etdirən, qardaş ölkələrin daha çox yaxınlaşmasına xidmət edən və Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşü bir daha onu sübut etdi ki, Türk Dövlətləri Təşkilatı bir qurum kimi beynəlxalq münasibətlərdə önəmli rol oynayır.
Səhər Orucova
BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin direktoru / azxeber.com

Siyasi       Tarix: 22 mart 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi

Ramiz Mehdiyev və köməkçisi Eldar Əmirovun məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Murad Aslanovun sədrliy

Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir

"Ermənilər bizə qarşı bir söz deyəndə mənbə adı çəkmirlər". xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən pane

"Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq

"Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq". xəbər verir ki, bu sözlər

Tramp İlham Əliyevdən sitat gətirdi

Ağ Evin rəhbəri Donald Tramp bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev İrəvan ilə Bakı arasındakı münaqişənin nizamlanmasında amerikalı həmkarının rolunu qeyd edib. xəbər verir ki, bu barədə Tramp Nyu-Yorkda BMT Ba


azerbaycan xeberleri son xeberler yeni xeberler xabarlar oxu.az xeberler xeber.az 2026 xəbər az