Türk dövlətlərinin liderləri Azərbaycanın qələbəsindən DANIŞDILAR

Türk dövlətlərinin liderləri Azərbaycanın qələbəsindən DANIŞDILARXəbər verdiyimiz kimi, noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının "Türk Əsri" çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilib.
KONKRET.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb.
Sonra birgə foto çəkdirilib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Zirvə görüşünü açaraq qonaqları salamlayıb. Prezident Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi və Azərbaycan xalqını ölkəmizin ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edərək deyib: "Hörmətli İlham Heydər oğlu Əliyevi və Azərbaycan xalqını dövlətçiliyin möhkəmləndirilməsi münasibətilə təbrik edirəm. Ölkəniz ərazi bütövlüyünü bərpa edib və yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu tarixi addım Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq atılıb".
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Zirvə görüşündəki çıxışında son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlardan söz açaraq deyib: "Sizin də yaxşı bildiyiniz kimi, dost Azərbaycan xalqı Türk dünyasında layiqli yer tutur, böyük hörmətə və nüfuza malikdir. Azərbaycan xalqı son illər əziz dostum İlham Heydər oğlunun rəhbərliyi ilə möhtəşəm uğurlar əldə edir".
Prezident Şavkat Mirziyoyev, həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı tədbirlərdən danışıb. "Tarixi ədalət zəfər çaldı. Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın quruculuq ərazisinə çevrilməsi istiqamətində mühüm nəticələr əldə olunur. Avqust ayında Şuşa və Füzuli şəhərlərində olarkən irimiqyaslı quruculuq işlərinin, müasir infrastrukturun yaradılmasının, dağıdılmış mədəni irs obyektlərinin bərpasının şəxsən şahidi oldum. Azərbaycan xalqını böyük Zəfər – ölkənin ərazi bütövlüyünün tam bərpası münasibətilə bir daha səmimi-qəlbdən təbrik edirəm", – deyə Özbəkistan Prezidenti vurğulayıb.
Zirvə görüşündə çıxış edən Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanın suverenliyinin bərpası istiqamətində hər zaman mühüm addımlar atdığını qeyd edərək deyib: "Bu fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, Qırğızıstan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyir".
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinin bütün Türk dövlətlərində qürur doğurduğunu və bunun sülh üçün geniş imkanlar açdığını vurğulayaraq deyiv: "Can Azərbaycan Qarabağın otuzillik işğalına Vətən müharibəsindən sonra birdəfəlik son qoydu. Bu tarixi uğurdan son dərəcə qürur və sevinc hissi duyuruq. Bununla da bölgəmizdə davamlı sülhə bir addım da yaxınlaşdıq. Açılan fürsət pəncərəsinin dəyərləndirilməsi ən böyük arzumuzdur. Ermənistanın Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi vacibdir. Azərbaycanın qərb bölgəsi ilə Naxçıvanı birləşdirəcək kommunikasiya xəttinin həyata keçirilməsi də böyük önəm daşıyır. Bu xəttin açılması bütün bölgə ölkələrinin rifahına ciddi töhfə verməklə yanaşı, Türkiyəni də Ata yurdumuz olan Orta Asiya ilə birləşdirəcək. Bu prosesin uğurla başa çatdırılması üçün Türk dünyası olaraq Azərbaycana dəstəyimizi davam etdirməliyik".
Türkiyə Prezidenti Naxçıvan Sazişinə dəyişikliklər edilməsinə dair Protokolla bağlı ardıcıl işlərin görüldüyünü də diqqətə çatdıraraq bildirib: "Naxçıvan Sazişinə dəyişikliklər edilməsinə dair Protokol Məclisimiz tərəfindən Türk Dövlətləri Əməkdaşlıq Günü olan 3 oktyabr tarixində qəbul edildi. Noyabrın 1-də Protokolun təsdiqlənməsi prosesini başa çatdırdıq. Bütün üzv ölkələri Protokolun ən qısa müddətdə həyata keçirilməsi üçün lazımi addımları atmağa dəvət edirəm".
Türk dövlətləri arasında enerji sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində də ardıcıl tədbirlərin reallaşdırıldığını vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan qeyd edib: "Nəhəng enerji və nəqliyyat infrastrukturu layihələri Türk dövlətləri arasında daim əsas və mühüm əməkdaşlıq sahəsi olub. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəmərləri və Trans-Anadolu boru kəməri bunun konkret nümunələridir. Xəzərin təbii qazının Türkiyəyə və Avropaya nəqli həm Türk dövlətlərinin rifahına, həm də Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək. Ölkələrimiz arasındakı nəqliyyat şəbəkəsini inkişaf etdirmək hədəfini də xüsusi vurğulamalıyıq. Bu düşüncə ilə Xəzərdən keçən Şərq-Qərb – Orta Dəhlizin rolunun artırılması istiqamətində səylərimizi davam etdiririk".
Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türk dövlətləri arasında reallaşdırılan layihələrdən danışaraq deyib: "Qırğızıstan, Özbəkistan, Türkmənistan marşrutu boyunca Xəzər dənizinədək uzanacaq, sonra Azərbaycana və Türkiyəyə qədər genişləndiriləcək nəqliyyat dəhlizinin yaradılması üzərində iş gedir. Hazırda Türkmənistan qonşu və qardaş ölkələr olan Özbəkistana və Azərbaycana təbii qaz ixrac edir. Eyni zamanda, bizim Türkmənistan qazını Xəzər dənizi vasitəsilə Azərbaycan, Türkiyə və gələcəkdə dünya bazarına ixrac etmək imkanımız var. Yaxın gələcəkdə qardaş ölkələr olan Azərbaycana və Türkiyəyə elektrik enerjisi də nəql etmək imkanımız olacaq".
Macarıstanın Baş naziri Viktor Orban bu Zirvə görüşünün tərəflər arasında əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində xüsusi rolunu vurğulayıb. Azərbaycanın uğurlarını görüş iştirakçılarının diqqətinə bir daha çatdıran Viktor Orban bildirib: "Mən fürsətdən istifadə edərək, regionda sabitliyə nail olunması istiqamətində göstərdiyi səylərdə və Qarabağın bərpası işlərində Prezident Əliyevə çoxlu uğurlar arzulayıram. Cənab Prezident, Sizi nailiyyətləriniz münasibətilə təbrik edirəm".
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev isə görülən işlər haqqında ətraflı məlumat verərək qeyd edib ki, ötən dövrdə müxtəlif sahələrdə bir sıra mühüm qərarlar qəbul olunub. "İstanbulda BMT-nin Məskunlaşma Proqramının Regional nümayəndəliyinin yaradılmasına dair planlar var. Eyni zamanda, BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycan arasında tərəfdaşlıq mövcuddur. Xüsusi vurğulamaq istəyirəm ki, sentyabrın sonunda Azərbaycanda Milli Şəhərsalma Forumu uğurla keçirildi", – deyə Kubanıçbek Ömüralıyev bildirib.

Siyasi       Tarix: 03 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni


azerbaycan xeberleri yeni xeberler son xeberler cebheden xeber az xeber cəbhədən xəbər cəbhədən yeni xəbərlər