Türk dünyasının birləşməsi Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək

Türk dünyasının birləşməsi Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcəkTürkiyə Azərbaycanın hər bir işində yanında olan dövlətdir. 44 günlük vətən müharibəsində də Azərbaycan xalqı savaşın ilk saatlarından qardaş Türkiyənin dəstəyini hiss etdi. Türkiyə prezidenti demək olar ki, bir çox ermənipərəst dövlətləri Azərbaycanın haqq işinə müdaxilə etməkdən çəkindirdi. 
Türkiyə prezidentinin "Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır"- deməsi bizim üçün siyasi və mənəvi  dəstək idi. Bu kəlmələr xalq arasında, əsgərlər arasında  ruh yüksəkliyi yaratdı və 30 il ərzində həll edilə bilinməyən məsələni Azərbaycan öz gücünə cəmi 44 günə həll etdi. Savaş meydanında işğalçı düşmənə qalib gələrək öz tarixi torpaqlarına sahib oldu. 
Odur ki, Azərbaycan prezidenti cənab İlham Əliyev prezident seçkilərindən sonra ilk dəfə Azərbaycana qardaş və siyasi müttəfiq olan Türkiyəyə səfər etdi. 
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da prezident seçkilərində qalib gələndən sonra ilk dəfə Azərbaycana səfər etmişdir. Türkiyə Azərbaycan əlaqələri həmişə qardaşlıq əlaqələri olub. Lakin Türkiyənin İkinci Qarabağ savaşında Azərbaycana göstərdiyi dəstəkdən sonra bu dostluq-qardaşlıq münasibətləri daha da dərinləşdi.
Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkiyənin paytaxtı Ankarada rəsmi səfər zamanı mətbuata verdiyi bəyanatda qeyd edib ki, "Bu gün biz müstəqillik Bəyannaməsini əsas götürərək  bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Biz öz gücümüzə güc qatırıq və Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər üzvünü gücləndirəcək. 
Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşü bu il iyul ayında keçiriləcək. Eyni zamanda, müşahidəçi statusunda olan Şimali Kipr Türk Cumhuriyyətlərinin Prezidenti də mənim dəvətimlə bu görüşdə iştirak edəcək və bu, bizim ümumi işimizə, Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək."
Prezidentlərin görüşündə dövlətlərarası ikitərəfli əlaqələrin bütün istiqamətləri demək olar ki, nəzərdən keçirilib, beynəlxalq məsələlər dəyərləndirilib.
Bu gün Türkiyə dünya çapında söz sahibidir. Dünya çapında bir sıra məsələlər Türkiyənin mövqeyindən asılıdır. Odur ki, Türkiyə bizim bölgəmizdə əmin-amanlığın və sülhün qarantıdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz bəyanatında qeyd edib ki, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin bu il keçiriləcək tədbirlərə qatılmasına maneə yaradılması ilə bağlı qəbul edilən qərarlara etirazımızı güclü şəkildə göstərdik. Qərar ləgv edilənə qədər Azərbaycana dəstəyimizi və bu istiqamətdəki səylərimizi davam etdirəcəyik.
Biz bir millət iki dövlətik deyib Ümummilli Liderimiz Heydər Əliyev. Atatürk isə Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir söyləyib. Eyni millət olan iki dövlətin münasibətləri getdikcə geniş vüsət alır. Hər iki dövlət zaman keçdikcə güclənir, yeni-yeni uğurlara imza atır.
Azərbaycanla Türkiyənin birgə həyata keçirdiyi layihələr çoxdur. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Ticarət dövriyyəmiz sürətlə artır və rekord həddə çatıb. Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 7,5 milyard dollara çatıb. Keçən il Azərbaycandan Türkiyəyə 9 milyard kubmetr qaz ixrac edilmişdir. Əldə edilmiş razılaşmalar əsasında qazın həcminin artırılması nəzərdə tutulur, o cümlədə Türkiyə ərazisindən Avropaya gedən təbii qaz qitənin bir çox ölkələri üçün önəmli enerji təhlükəsizliyi məsələsidir.
Bakı-Tbilisi-Qars dəmir yolu yüklərin həcmini 1 milyon tondan 5 milyon tona çatdırmaq üçün ilin ortalarında tam istismara verilməlidir. Müdafiə sahəsində də yeni imkanlar açılıb. Birgə istehsalla  əlaqədar konkret planlar mövcuddur."
Azərbaycanın daim artan siyasi, iqtisadi-sosial qüdrəti bütün sahələrin, o cümlədən müdafiə sənayesinin inkişafına güclü stimul verir. 
Bəli, güclü dövlətin güclü ordusu olmalıdır. Bu gün Azərbaycan güclü dövlətlər sırasındadır və Azərbaycanın güclü ordusu vardır. Ordumuz öz gücünü 44 günlük vətən müharibəsində və cəmi 23 saat davam edən antiterror əməliyyatında göstərdi. Qarabağda keçirilən antiterror əməliyyatı ölkəmizin suverenliyini tam təsdiqlədi.
Hər il isə Azərbaycanda və Türkiyədə ordularımız 10-dan çox hərbi təlim keçirlər və beləliklə də bizim hərbi gücümüz daha da artır.
İki qardaş ölkə arasında təhsillə də bağlı önəmli anlaşma imzalanmışdır. Türkiyə-Azərbaycan Universiteninin yaradılması isə birliyimizin növbəti rəmzinə çəvriləcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Bu, gələcəyə yönəlmiş təşəbbüsdür. Çünki bizim gənc nəslimiz həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır, bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır, yad təsirdən uzaq olmalıdır, bilikli, savadlı vətənpərvər insanlar olmalıdır".
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma memarandumu, Azərbaycan Respublikası Höküməti ilə Türkiyə Respublikası Höküməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında, Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" bağlanmışdır.
Şəhla Ağbulud
"Abşeron" qəzetinin baş redaktoru / azxeber.com

Siyasi       Tarix: 22 fevral 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Tramp: "ABŞ husilərlə daimi əlaqə saxlayır"

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Yəmənin üsyançı "Ənsar Allah" husi hərəkatı ilə daimi əlaqə saxladığını bildirib. "Fox News" telekanalına istinadən xəbər verir ki, bu barədə telekanalın efirind

Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO

Məhv olmuş keçmiş separatçı rejimin bir sıra "nümayəndələri" bu gün İrəvandakı "Yerablur" hərbi panteonunda peyda olublar. xəbər verir ki, onların arasında separatçı rejimin sonuncu rəhbəri Samvel Şahramanya

BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. Dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbayca

Ukrayna səfirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib

Ukraynanın Azərbaycandakı səfirliyi 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik ünvanlayıb. xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi "Facebook" səhifəsində müvafiq paylaşım edilib. "Azərbaycan

TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa

Türk Dövlətləri Təşkilatının (TDT) təhlükəsizlik gündəliyinin son illərdə sürətlə genişlənməsi artıq ayrı-ayrı görüşlərin və siyasi bəyanatların çərçivəsindən çıxaraq, təşkilatın gələcək institusional inkişafının əsas istiqamətlərində

Antiterror əməliyyatı regiondakı siyasi reallığı necə dəyişdi? – Politoloqdan AÇIQLAMA

2023-cü il sentyabrın 19-da keçirilən antiterror əməliyyatı Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtələrindən biridir. Əməliyyat nəticəsində ölkənin ərazi bütövlüyü tam bərpa edildi və Azərbaycanın suverenliyi bütü

Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir

"Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir. Əgər o, Kərki olmasaydı, mən onu belə adlandırmazdım". KONKRET.azxəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O, məsələnin hüquqi tərəfinə toxunara

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığ

1990-cı illərdən 2023-ə: Qarabağda suverenliyin bərpasına gedən yol – TƏHLİL

1990-cı illərin əvvəllərindən etibarən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti nəticəsində ölkənin beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsi işğal olunub, yüz minlərlə Azərbaycan vətəndaş


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezenesi valyuta məzənnələri xeberler azerbaycan az xeber