Türk general komandalarını toplayıb Ermənistana ULTİMATUM yolladı: Silahlı Qüvvələrimiz və...
"Bu pusquda boğulacaq və gördükləri işin cavabını mütləq verəcəklər".
Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə naziri Hulusi Akar Azərbaycanın Müdafiə nazirinin birinci müavini, Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirovla rəsmi görüşündə deyib.
Ermənistanın Azərbaycanla sərhədinin Tovuz rayonu istiqamətində 12 iyuldan etibarən həyata keçirdiyi təxribat haqqında danışan türk nazir bildirib ki, Azərbaycanın kədəri Türkiyənin kədəridir: "Azərbaycanlı qardaşlarımıza başsağlığı veririk. Qanlarının yerdə buraxılmayacağından əmin olduğumuzu ifadə etmək istəyirəm. Azərbaycanın Tovuz bölgəsində gerçəkləşdirilən hücumu şiddətlə qınayırıq. Orada yaşadığınız bütün ağrıların burada çox dərin şəkildə hiss edildiyini hamınızın bilməsini istəyirəm".
H.Akar qeyd edib ki, Dağlıq Qarabağ heç bir hüquqi səbəb olmadan və qanunazidd şəkildə işğal olunub, bu, Türkiyə üçün qəbuledilməzdir: "Qəbul etməyimizin mümkün olmadığını hər platformada söylədik, söyləməyə də davam edəcəyik. Bu mövzuda azərbaycanlı qardaşlarımızın, igid insanların verəcəyi bütün mübarizələrdə onlarla birgə olduğumuzu cənab prezidentimiz başda olmaqla, Türkiyədə hərbi və mülki hər kəs ifadə edir, bütün xalqımız bu duyğu və düşüncəni paylaşır. Buna bütün qəlbimizlə inanırıq ki, biz iki dövlət, bir millətik. Dilimiz, dinimiz, tariximiz, anlayışımız birdir, bərabərdir. Kədərdə və qürurda birlikdəyik. Cənab prezidentimizin ilk andan etibarən ifadə etdiyi kimi, bu, həqiqətən də, ermənilərin boyundan böyük təşəbbüsdür".
Nazir vurğulayıb ki, Türkiyə Respublikası və Türkiyə Silahlı Qüvvələri əlindən gələn nə varsa, etməyə davam edəcək: "Bundan kimsənin şübhəsi olmasın!".
Qeyd edək ki, görüşdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güler, Quru Qoşunları komandanı Ümit Dündar, Hərbi Hava Qüvvələri komandanı Hasan Küçükakyüz və Hərbi Dəniz Qüvvələri komandanı Adnan Özbal da iştirak edib.
Zümrüd
Xidmetler [newsid: 0-123300]

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib