Türk professorlar ürəklərə su səpdi - Korona bu tarixdə azalacaq, dərman və peyvənd isə...

Türk professorlar ürəklərə su səpdi - Korona bu tarixdə azalacaq, dərman və peyvənd isə...Türkiyə koronavirusa qarşı 4 ay ərzində dərman, 1 il ərzində isə peyvənd hazırlayacaq.
Milli.Az xəbər verir ki, bu barədə Boğaziçi Universiteti Molekulyar Biologiya və Genetika Kafedrasının müəllimi, professor Nəsrin Özörən danışıb.
Səhiyyə Nazirliyi, Sənaye və Texnologiya Nazirliyi, Türkiyə Elmi və Texnoloji Araşdırma Qurumunun (TÜBİTAK) birgə qurduğu konsorsiumda yer alan professor bildirib ki, hazırladıqları başqa layihə də mövcuddur. Təsdiq ediləcəyi təqdirdə, test sayı gündə 20 minə çata bilər.
Özörən və komandası koronavirusa qarşı peyvənd üçün quş qripi və müxtəlif xərçəng araşdırmalarında müsbət nəticələr əldə edilən "mikrokürəcik" texnologiyasından faydalanacaq: "Mikrokürəcik texnologiyasını koronavirusun tac kimi görünən "Spike" adlı xarici səthi olan protein parçalarına əlavə edəcəyik. Burun spreyi olaraq da peyvənd hazırlamağı düşünürük. İnsanlar peyvəndə qarşı çıxırdılar. İndi isə onun qiymətini anladılar".
Professor qeyd edib ki, hazırda əllərində 100 min insanı testdən keçirəcək potensial var.
Onun sözlərinə görə, "qan qrupu koronavirusun risk faizinə təsir göstərir" demək üçün ən az 500 nəfər üzərində sınaq aparılmalıdır: "Bir pis xəbərimiz var: koronavirus mutasiyaya uğrayıb daha ölümcül hala gələ bilər. Yaxşı xəbərimiz də var: yay aylarında yoluxma təsiri azalacaq, amma sıfırlanma gözlənilmir". (publika.az)
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 03 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezennesi 2026 sou biznes valyuta mezennesi cəbhədən son məlumat