Türk sənətçilər bayramda sərvət qazanacaq
Ramazan bayramında dünyanın bir çox yerlərində çıxış edəcək türkiyəli sənətçilərin qazanacaqları pullar eşidənləri heyrətləndirib. Bir çox müğənninin bayramda çıxış edəcəkləri məkanların bəlli olması ilə, onların qazancları da marağa səbəb olub. Hər il olduğu kimi Türkiyə ilə yanaşı KKTC-də də pərəstişkarlarının qarşısına çıxacaq olan müğənnilərin konsertləri 29 martdan etibarən start götürəcək.
azxeber.com bu il Ramazan bayramında hansı türkiyəli müğənninin, nə qədər pul qazanacağını araşdırıb.
Hər il olduğu kimi, bu il də türkiyəli bir çox məşhurun seçimi məhz KKTC olub.
KKTC-də səhnə alacaq olan Hadisə bayram axşamında 5 milyon lirə qonorar alacaq.
Hadisə kimi Aleyna Tilki də KKTC-də təşkil olunmuş konsertdə səhnə alacaq. Onun bu konsertdən qazanacağı məbləğ isə 1.5 milyon lirədir.
KKTC-də çıxış edəcək bir digər isim isə Mahsun Kırmızıgüldür. Müğənni 3 milyon 800 min lirə qarşılığında sevənlərinə musiqi ziyafəti verəcək.
Melek Mosso da KKTC-də konsert verən müğənnilər sırasındadır. O isə həmkarlarından fərqli olaraq 2 milyon lirə qazanacaq.
KKTC-də səhnə alan isimlər arasında Bülənt Ərsoy və Yıldız Tilbe də var. Onların hər biri 4 milyon lirəyə sevənlərinin qarşısına çıxacaq.
Gülşən isə həmkarları arasında bayram konsertində ən baha qiymətə boy göstərən sənətçi olacaq. Belə ki, KKTC-də konsert vermək üçün razılığa gələn müğənni bu gecədən 10 milyon lirə gəlir əldə edəcək.
Bayram günü iki yerdə səhnə alan Deniz Seki həm Antalyada, həm də Sapancada çıxış edəcək. O, hər iki konsertdən toplam 3 milyon lirə alacaq.
Hər zaman olduğu kimi konsert və qonorar rekordu yenə də meqastar Tarkandadır. Belə ki, ramazan bayramında Bakıda səhnə alacaq olan meqastar rekord məbləğ - 1 milyon dollar (38 min lirə) ilə vətənə geri dönəcək.
Aysel Hacızadə

Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Azərbaycan məşhur yapon serialında - Foto
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib