"Turkey" ifadəsini işlədən jurnalistə Çavuşoğlunun reaksiyası - VİDEO
"Turkey" ifadəsini işlədən jurnalistə Çavuşoğlunun reaksiyası - VİDEO
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada norveçli və irlandiyalı həmkarları ilə görüşüb. Tədbirdən sonra nazirlər kameralar qarşısına keçərək, sualları cavablandırıblar. Lakin bu tədbirdə ən yaddaqalan məqamlardan biri Çavuşoğlunun "Turkey" ifadəsini işlədən jurnalistə cavabı olub.
Müvafiq görüntüləri "Haber Global" yayıb.
Bildirilir ki, sual-cavab zamanı jurnalist İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı Ankaranın qərarını soruşub və həmin vaxt "Turkey" ifadəsini işlədib. Çavuşoğlu isə bununla bağlı jurnalistə xəbərdarlıq edərək "güman edirəm ki, "Türkiyə" demək istəyirdiniz" deyə bildirib.
Jurnalist "əlbəttə" cavabı verərək sualını bir daha təkrarlayıb.
Xatırladaq ki, Türkiyənin tələbi ilə xarici dillərdə "Turkey" kimi istifadə edilən ölkənin adı BMT-də "Türkiyə" olaraq dəyişdirilib. /oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Zelenski o hərəkətinə görə tənqid olundu
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR
Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ
Zubir müqavilə bağladı, debüt də etdi
ÇL: "Sabah" "Mançester Yunayted"ə qarşı
ANAMA əməkdaşı minaya düşdü: ayağı amputasiya edildi