Türkiyə 4 milyard dollarlıq silah ixrac edəcək
Türkiyə 2022-ci ilin sonuna qədər 4 milyard dollardan çox hərbi məhsul ixrac etməyi planlaşdırır.
KONKRET.az TRT–yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İnnovasiya Həftəsi çərçivəsində keçirilən tədbirdə deyib.
"2002-ci ildə Türkiyənin müdafiə təyinatlı məhsullarının ixracı 248 milyon dollar olub, cari ilin sonuna bu rəqəm 4 milyard dollardan yuxarı səviyyədə proqnozlaşdırılır. Türkiyənin müdafiə büdcəsi 2002-ci ildəki 5,5 milyard dollardan 75 milyard dollara yüksəlib", – Ərdoğan bildirib.
Onun sözlərinə görə, Türkiyə çoxsaylı maneələrə, gizli və açıq embarqolara baxmayaraq, hərbi-sənaye kompleksində mühüm uğurlar əldə edib.
O qeyd edib ki, bu gün Türkiyə pilotsuz uçan aparatların istehsalına görə dünyanın 3-4 aparıcı ölkəsindən biridir.
Türkiyə Prezidenti bildirib ki, bu gün ölkədə hərbi sənaye kompleksində iştirak edən şirkətlərin sayı 160-ı ötür, halbuki 2002-ci ildə onların sayı cəmi 56 olub.
İqbal Rzayev,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var