Türkiyə ABŞ-ı cavabsız qoymayacaq - Ərdoğanın partiyasından ŞOK XƏBƏRDARLIQ
Türkiyə Rusiyadan S-400 raket kompleksləri tədarük etdiyi üçün sanksiyalar tətbiq edən ABŞ-a cavabsız qalmayacaq.
Publika.az xəbər verir ki, bu barədə iqtidarda olan Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Ömer Çelik danışıb.
Onun sözlərinə görə, Türkiyə milli təhlükəsizliyini qorumaq üçün lazımi bütün addımları atacaq və hüdudlarını qorumağa davam edəcək. ABŞ-ın birtərəfli sanksiya qərarı ilə bağlı da Türkiyə öz tədbirlərini görəcək.
"ABŞ-ın ittifaq münasibəti ruhu və Türk-Amerika münasibətlərinin tarixi dərinliyi ilə əsla uyğunlaşmayan sanksiya qərarını rədd edirik. Bu qərarın heç bir hüquqi əsası yoxdur. Ədalətdən kənardır və müttəfiqlik münasibətləri baxımından tamamilə yanlışdır", - Çelik tvitter hesabında qeyd edib.
O bildirib ki, Kilisə bombalar yağanda və NATO müttəfiqləri "Patriot"larını söküb aparanda milli təhlükəsizliyi qorumaq və hava hücumundan müdafiə ehtiyacını qarşılamaq üçün S-400 sistemini təmin edən Türkiyənin ən təbii haqqı budur: "Türkiyə öz sərhədlərini qoruyur və bu sərhədlər, eyni zamanda, Avropa İttifaqı və NATO-nundur. Türkiyə yoluna davam edəcək. Türkiyə qətiyyətlidir".
Ö.Çelik sanksiyaya məruz qalan şəxs və qurumlara təşəkkür edib: "Onlar prezidentimizin liderliyində ölkəmizin güclənməsi üçün verilən əmrləri tək-tək yerinə yetirib və ölkəmizə xidmətə davam edəcəklər".
Zümrüd

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı