Türkiyə Böyük Millət Məclisində 20 Yanvar şəhidləri YAD EDİLDİ
Türkiyə Böyük Millət Məclisinin bu gün keçirilən iclasında 20 Yanvar şahidlərinin xatirəsi anılıb.
KONKRET.az-ın xəbərinə görə, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Şamil Ayrım söz alaraq 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisələr barədə danışıb.
O qeyd edib ki, həmin gecə Sovet imperiyasının tankları Azərbaycan paytaxtında günahsız insanları hədəf alıb:
"Sovet tankları uşaq, qadın, yaşlılar da daxil olmaqla hamıya atəş açırdılar. Nəticədə yüzlərlə insan ölüb və yaralanıb. Can azərbaycanlı qardaşlarımızın dediyi kimi, Qanlı yanvar bizim üçün də qanlı bir gündür.
20 Yanvar Azərbaycanın müstəqillik yolunda dönüş nöqtələrindən biridir. 1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini elan etdi və müstəqilliyi tanıyan ilk ölkə də Türkiyə oldu. Bu region çətinliklərlə dolu regiondur. Azərbaycan Cənubi Qafqazın, Türkiyə isə Avropanın parlayan ulduzudur. İki ölkə arasındakı manasibətlərin hər dəqiqə daha da yaxşılaşdığını bütün dünya ölkələri görür".
Deputat 20 Yanvarın 32-ci ildönümü ilə əlaqədar Azərbaycan və Türkiyə xalqlarına başsağlığı verib, şəhidlərə Allahdan rəhmət diləyib.
O, hadisələri törədənləri şiddətlə qınayıb.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı