Türkiyə Brüsseldə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü müzakirə edəcək
Türkiyə NATO toplantısında İsveçin Madrid Memorandumunu həyata keçirməsi lazım olduğunu bəyan edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə "Hürriyet" nəşri Ankaradakı diplomatik mənbələrə istinadən məlumat yayıb.
Qeyd edək ki, NATO-nun Brüsseldəki danışıqları alyansın Baş katibi Yens Stoltenberqin təşəbbüsü ilə bu gün keçirilir.
Türkiyədən olan nümayəndələr NATO-nun Brüsseldəki mənzil-qərargahında İsveç və Finlandiyadan olan həmkarları ilə görüşdə şimal ölkələri tərəfindən terrorizmlə mübarizə üzrə Madrid Memorandumunun icrasını ətraflı müzakirə edəcəklər.
Türkiyəni bu görüşdə XİN rəhbərinin müavini Burak Akçapar və Prezidentin sözçüsü İbrahim Kalın təmsil edir.
Xatırladaq ki, Finlandiya və İsveç ötən ilin mayında NATO-ya üzv olmaq üçün müraciət edib, lakin Türkiyə kürd təşkilatlarını terrorçu elan etmələrini, həmçinin 2016-cı ildə terrorizmdə və ya dövlət çevrilişinə cəhddə iştirakda ittiham olunan şəxslərin ekstradisiyasını tələb edərək üzvlük prosesini əngəlləmişdi./apa
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir