Türkiyə Ermənistanla sərhədi bu yay aça bilər? – Ekspertdən açıqlama
Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi brifinq zamanı regional əlaqələrin inkişafı ilə bağlı açıqlamalar verib. Paşinyan bildirib ki, Ermənistan ərazisindən Türkiyəyə uzanan dəmir yolunun ən qısa zamanda istifadəyə veriləcəyinə ümid edirlər. Onun sözlərinə görə, bu istiqamətdə atılacaq addımlar regionda nəqliyyat imkanlarının genişlənməsinə töhfə verə bilər.
Müdafiə və xarici siyasət üzrə analitik Suat Delgen azxeber.com-a açıqlamasında deyib ki, sərhədin açılması istiqamətində Türkiyə ictimaiyyətində də müəyyən gözlənti var:
"Türkiyə ilə sərhədin açılması istiqamətində Türkiyə ictimaiyyətində də müəyyən gözlənti var. Paşinyan seçkilərdə qalib gəlsə də, Konstitusiyanı dəyişmək üçün kifayət qədər səs toplaya bilmədi. Eyni zamanda Rusiyaya yaxın müxalifətin də dəstəyi təxminən 30 faizə çatıb. Bu səbəbdən Paşinyan ölkə daxilində insanlara konkret nəticələr göstərməlidir. Hesab edirəm ki, Avropa İttifaqı və ABŞ-nin dəstəyi ilə Türkiyə bu yay Ermənistanla sərhədi aça bilər. Əks halda Rusiyayönlü müxalifət bu vəziyyətdən Paşinyana qarşı istifadə edə bilər".
Şahanə Ziyad
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK