Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
2020-ci ilin iyununda Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 164,255 milyon dollar təşkil edib ki, bu da ötən ilin iyunu ilə müqayisədə 45,979 milyon dollar çoxdur.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
2020-ci ilin iyununda Türkiyədən Azərbaycana ixrac 137,728 milyon dollar, Azərbaycandan idxal isə 26,527 milyon dollara bərabər olub.
Statistikaya əsasən, bu ilin yanvar-iyun aylarında Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 63,039 milyon dollar artaraq 970,168 milyon dollar təşkil edib.
Hesabat dövründə Türkiyədən Azərbaycana ixrac 811,597 milyon dollar, Azərbaycandan idxal isə 158,571 milyon dollara bərabər olub.
2020-ci ilin yanvar-aprel aylarında Türkiyənin xarici ticarət dövriyyəsi 174,105 milyard dollar təşkil edib.
Türkiyənin ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 15,1 faiz azalaraq 75,21 milyard dollar, idxalı 3,2 faiz artaraq 98,895 milyard dollara bərabər olub.
Milli.Az /news.milli.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar