"Türkiyə İsraili hərbi cinayətkar elan edəcək" - Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın İsraili hərbi cinayətkar elan edəcəyini bildirib.
KONKRET.az xəbər verir ki, o bunu İstanbulda , Atatürk Hava Limanında Fələstinə dəstək məqsədilə təşkil edilən kütləvi mitinqdə deyib.
"Biz İsraili hərbi cinayətkar elan edəcəyik, bu barədə beynəlxalq ictimaiyyətə məlumat verəcəyik, artıq bunun üzərində işləyirik", – deyə Ərdoğan bildirib.
Türkiyə lideri İsraili işğalçı qrup adlandıraraq, Fələstinin HƏMAS hərəkatının terror təşkilatı olmadığını qeyd edib.
Bundan əvvəl "Sabah" qəzeti yazıb ki , Türkiyə Misir , Səudiyyə Ərəbistanı , Livan , Liviya və İordaniya liderlərinə oktyabrın 28-də İstanbulda Fələstinə dəstək aksiyasında iştirak etmək üçün dəvət göndərib.
Ərdoğan daha sonra X sosial şəbəkəsində İsraili Qəzza zolağına hücumları dayandırmağa çağırıb.
Oktyabrın 26-da Türkiyə prezidenti Qərb ölkələrini İsrailə qeyd-şərtsiz dəstək verdiyinə görə beynəlxalq hüququ pozmaqda ittiham edib .

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ