Türkiyə mənbələri: "Ödəniş köçürmələri problemi başqa yolla həll olunur"
" class="imgbcode" />"Rusiyadan Türkiyəyə ödəniş köçürmələri problemi hələ tam aradan qaldırılmayıb, məsələ başqa səviyyədə həll olunur".
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə dövlət banklarından birindəki mənbə məlumat verib.
"Xeyr, vəziyyət həll olunmayıb. Əsasən ikitərəfli hökumət layihələri ilə bağlı bəzi sənaye sahələrində problem qismən aradan qaldırılıb", – RİA Novosti agentliyinin həmsöhbəti bildirib. Onun sözlərinə görə, bu məsələ başqa müstəvidə həll olunur, lakin hələlik dəqiq cavab yoxdur.
Kreml təsdiqləyib ki, Rusiya və Türkiyə anti-Rusiya sanksiyaları fonunda bank köçürmələri ilə bağlı yaranmış problemi aradan qaldırmaq üçün yollar axtarır. ABŞ-ın təzyiqi Türkiyə və Rusiya bankları arasında əməliyyatları çətinləşdirib. ABŞ prezidenti Co Bayden Rusiyaya sanksiyalardan yayınmağa kömək edən maliyyə institutlarına qarşı sanksiyaların tətbiqinə icazə verən fərman imzalayıb.
Günel Mikayılova,
KONKRET.az

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu