Türkiyə "Metsamor"dakı AES-in fəaliyyəti ilə bağlı erməni tərəfi ilə deyil, Rusiya ilə danışacaq

Türkiyə "Metsamor"dakı AES-in fəaliyyəti ilə bağlı erməni tərəfi ilə deyil, Rusiya ilə danışacaqTürkiyə "Metsamor"dakı AES-in fəaliyyəti ilə bağlı erməni tərəfi ilə deyil, Rusiya ilə danışacaq
Erməni qaçaqmalçıları dəfələrlə radioaktiv materialları qonşu ölkələrə, hətta Avropa ölkələrinə keçirməyə cəhd göstəriblər.
Türkiyə də bu siyahıda istisna deyil. Hələ 2000-ci illərin ortalarından etibarən Gürcüstan-Türkiyə sərhədində radioaktiv yükləri keçirməyə cəhd göstərən Ermənistan respublikasının vətəndaşları saxlanılıb.
Məsələn, 2007-ci ildə sərhəd polisi və Gürcüstan Daxili İşlər Nazirliyinin Acarıstan Baş İdarəsinin Xüsusi Əməliyyat Mərkəzinin əməkdaşlarının birgə əməliyyatı nəticəsində bir neçə Ermənistan vətəndaşı "Sarpi" sərhəd-keçid məntəqəsində (Gürcüstan-Türkiyə sərhədi) saxlanılıb.
Onlar Türkiyəyə qaçaqmalçılıq yolu ilə 2,04 qram radioaktiv maddə -  lourensiumu keçirməyə cəhd göstəriblər.
Bu barədə Rusiyanın erməni yönümlü "Regnum" xəbər agentliyi məlumat verib.
Türkiyəli gömrükçülər sonrakı illərdə də nüvə silahı istehsalında istifadə olunan radioaktiv maddələri ələ keçirib.
"Aydın məsələdir ki, radioaktiv qaçaqmalçılığın mənbəyi köhnəlmiş, özü özlüyündə təhlükə saçan və bütün bölgə üçün təhlükə yaradan "Metsamor" atom elektrik stansiyasıdır".
Bu sözləri İstanbulda yaşayan politoloq Ramiyə Məmmədova Caliber.Az-a açıqlamasında deyib.
"Ötən il "Metsamor" AES mövzusu, onun Türkiyəyə təhlükə törətməsi, Türkiyə mətbuatında aktiv şəkildə işıqlandırılırdı. İndi bu barədə daha az yazılır və danışılır. Səbəbi məlumdur - koronavirus. Ölkə ictimaiyyətini ən çox narahat edən məsələ COVID-19-la bağlı vəziyyətdir. Ölkədaxili siyasi məsələlər də var. Ancaq Ermənistandakı AES-lə  bağlı məsələ istənilən halda aktualdır. Orada bir şey olarsa, radiasiya Türkiyəni də əhatə edəcəkdir. Əlbəttə ki, radioaktiv materialların qaçaqmalçılığı da ayrı bir məsələdir", - deyə politoloq Ramiyə Məmmədova qeyd edib.
Həmsöhbətimizin sözlərinə görə, Türkiyədə "Metsamor"dakı nüvə stansiyasının qısa müddətdə bağlanması barədə qəti mövqe mövcuddur.  
"Başa düşmək lazımdır ki, bu stansiyada təkcə böyük ehtimalla radioaktiv materialların qaçaqmalçılığı ilə məşğul olan Ermənistan vətəndaşları işləmir, orada həmçinin Rusiyadan da olan mütəxəssislər var. Türkiyə "Metsamor"dakı AES-in fəaliyyəti ilə əlaqədar erməni tərəfi ilə deyil, Rusiya ilə danışacaq. Ermənistanla heç kim heç nəyi həll etməyəcək, bunun mənası yoxdur. İrəvandakıların nə düşünməsindən asılı olmayaraq, hər şey Moskva ilə müzakirə ediləcək", - R. Məmmədova vurğuladı.
Yeri gəlmişkən, Türkiyə Ermənistanın "çirkli atom bombası" yarada biləcəyini və ümumiyyətlə bu ölkənin "nüvə gücünə" sahib olduğunu açıq şəkildə söyləyən müxtəlif erməni mütəxəssislərinin təhdidlərinə əhəmiyyət verdimi?
Bəli, biz burada belə ifadələr eşitdik. Razılaşın ki, bu, sadəcə olaraq gülməlidir. Aydındır ki, müharibədəki məğlubiyyətdən sonra erməni lobbisi hər yolla Ermənistanın və erməni amilinin əhəmiyyətini artırmağa çalışır. Ancaq bunu etməklə özlərinə pislik etmiş olurlar. Türkiyə və digər qonşu ölkələr buna mütləq reaksiya göstərəcəklər. Ankara Ermənistandakı vəziyyətə nəzarət tələb edəcək. /oxu.az

Siyasi       Tarix: 19 aprel 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeberler cebheden xeberler xeberler bugun 2026 dunya xeberleri