Türkiyə ordusu bu il İraqda 831 terrorçunu zərərsizləşdirdi

Türkiyə ordusu bu il İraqda 831 terrorçunu zərərsizləşdirdiCari ilin 7 ayı ərzində Türkiyə Silahlı Qüvvələri Şimali İraqda 831 terrorçunu zərərsizləşdirib, yaraqlıların sığınacaq kimi istifadə etdiyi 1 407 mağaranın girişini dağıdıb, 1 812 mina və partlamamış sursat aşkarlanaraq məhv edilib, eyni zamanda silah-sursat arsenalları aşkarlanıb.
Publika.az"Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyi qeyd edib ki, Türkiyə hərbçiləri İraqda "Pençe-Şimşək" və "Pençe-Yıldırım" əməliyyatlarını uğurla davam etdirir.
Müdafiə Nazirliyi Türkiyə xüsusi təyinatlılarının PKK yaraqlılarının fəaliyyət göstərdiyi İraqın dağlıq bölgələrində apardığı əməliyyatların görüntülərini də paylaşıb. Kadrlarda xüsusi təyinatlı əsgərlərinin PKK terrorçularının istifadə edə biləcəyi tunel və mağaraları üzə çıxarması göstərilir.
Yaraqlıları aşkar etmək üçün pilotsuz təyyarələrdən fəal istifadə olunur. Lazım gəldikdə hava qüvvələri və artilleriya zərbələri, həmçinin desant qüvvələrinin enişi həyata keçirilir.
Qeyd edək ki, PKK terrorçuları 1984-cü ildən Türkiyədə vəziyyəti gərginləşdirmək və parçalamaq üçün terror aktları həyata keçiriblər. ABŞ və Avropa Birliyi PKK-ı terror təşkilatları siyahısına salıb.

Dünya       Tarix: 22 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Ermənistan Azərbaycana görə Zəngəzurun mərkəzini dəyişir

Ermənistan hökuməti Zəngəzur (erməni dilində Sünik) bölgəsinin mərkəzini Qafan şəhərindən Sisian (Qarakilsə) şəhərinə köçürmək istəyir. xəbər verir ki, Ermənistan mediası hazırda bununla bağlı müzakirələrin getdiyini yazır

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-

Moskvadan Bakı və İrəvanla bağlı KRİTİK AÇIQLAMA: "Vahid paket tamamlanır"

"İrəvanla Bakı arasında kommunikasiyanın açılmasına dair vahid sənədlər paketi tamamlanma mərhələsindədir". xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

Tələblər yerinə yetirilməsə, Saakaşvili aclığa başlayacaq

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əcnəbi həkimlərin və vəkillərin onunla məxfi görüşməsinə icazə verilməsini tələb edir. Əks təqdirdə, siyasətçi yanvarın 6-da yenidən aclıq aksiyasına başlayacaq. -a istinadl

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind

Azərbaycan ssenarisi Ukraynada... - Kortunov

ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil. -a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib. "Rusiya tərəfinin məqsədi Qər

Rusiyada daha 18 233 nəfər koronavirusa yoluxdu

Rusiyada ötən sutka ərzində koronavirusa 18 233 yoluxma halı qeydə alınıb. xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 537 966 nəfərə çatıb. Son sutka ərzində həmçinin koronavirusdan 26 976 nəfər sağalıb

Haitinin Baş nazirinə sui-qəsd cəhdi oldu

Naməlum şəxslər Haitinin Baş naziri Ariel Anriyə qarşı sui-qəsd törətmək istəyiblər. "Telesur" kanalına istinadla xəbər verir ki, hadisə Qonaiv şəhərində ölkənin 218 illiyi münasibətilə keçirilən tədbirdə baş verib

Qazaxıstanda yanacağın qiyməti 2 dəfə bahalaşdı

Qazaxıstanda maye qazın qiyməti bahalaşıb. xəbər verir ki, hökumətin qərarı ilə ölkədə maye qazın tənzimlənən qiyməti 1 litrə görə 60 təngədən 120 təngəyə qaldırılıb. Bildirilib ki, qiymət artımı Mangistau əyalətində etirazlar


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son durum xəbərlər.com azerbaycan son xeber bugun dunyada son xeberler