Türkiyə Qara dənizdə qaz kəmərinin inşasına başlayır - Tarix AÇIQLANDI
Qara dənizin Türkiyə sektorundakı Sakarya qaz yatağına boru kəmərinin inşasına gələn ilin yazında başlanılacaq.
Publika.az "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, bunu qonşu ölkənin enerji və təbii ehtiyatlar naziri Fateh Dönməz bildirib.
11-ci Türkiyə Enerji Zirvəsində çıxış edən nazir iyulda "Türkəli-2" quyusunda sınaqlar apardıqlarını, bu həftə isə gündəlik 650 min kubmetrlik debit olduğunu aşkarladıqlarını diqqətə çatdırıb: "Sakarya qaz sahəsində bütün mühəndislik çalışmalarını tamamlamışıq. Yüksək keyfiyyətli borular sifariş etdik".
Xatırladaq ki, ötən il avqustun 21-də Prezident Rəcəb Tayib Ərdoğan Qara dənizdə böyük qaz yatağı kəşf etdiklərini, 2023-cü ilin əvvəlinədək yataqdan qaz hasilatına başlamaq niyyətində olduqlarını açıqlayıb. O, yataqdakı "Tuna-1" bölgəsində 405 milyard kubmetr təsdiqlənmiş ehtiyatın olduğunu da qeyd edib.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək