"Türkiyə Rusiyadan Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamasını tələb edəcək" - Professorla SENSASİON MÜSAHİBƏ

"Çox qısa müddət ərzində Rusiyanın təzyiqləri ilə Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olacağını düşünürəm".
Bu sözləri beynəlxalq əlaqələr üzrə türkiyəli mütəxəssis, professor Həsən Ünal KONKRET.az-a müsahibəsində deyib.
Professorla ətraflı müsahibəni təqdim edirik:
– Həsən bəy, son dönəmlərdə Türkiyə ilə Rusiya arasında ciddi bir gərginlik yaşandığını görürük. Bu gərginlik Qarabağa da yansıya bilərmi? Yəni sizcə, Türkiyə və Rusiyanın Qarabağda qarşı-qarşıya gəlmə ehtimalı var?
– Mən son zamanlarda Türkiyə ilə Rusiya arasında gərginlik yaşandığını düşünmürəm. Ona görə də tərəflərin Qarabağ məsələsində qarşı-qarşıya gəlmə ehtimalı zəifdir. Türkiyə və Rusiya arasında ciddi bir problem yoxdur. Düzdür, "Taxıl sazişi"nin uzadılması ilə bağlı məsələlər yenidən müzakirə olunacaq. Amma bu, Ankara və Moskva arasında problem deyil, fürsətdir. Yanlış anlaşılmalara səbəb olan əsas məsələ odur ki, Rusiya çoxqütblülüyü formalaşdırmaq üçün mübarizə aparır. Türkiyə isə çoxqütblülükdən faydalanmağa çalışır. Bunların ikisi arasındakı əsas fərq budur. Amma Rusiya tərəfinin Türkiyənin bu siyasətini çox gözəl başa düşdüyü qənaətindəyəm.
– Necə düşünürsünüz, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmasa, rəsmi Ankara ilə İrəvan arasında normallaşma prosesinin təxirə salınması gündəmə gələ bilər?
– Bəli, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamasa Türkiyə Ermənistanla normallaşma prosesini təxirə salar. Çünki rəsmi Ankaranın İrəvanla münasibətiləri normallaşdırması üçün şərti Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşmasıdır. Düzdür, Azərbaycan torpaqlarının böyük bir hissəsini Ermənistan işğalından qurtarıb. Qalan torpaqların da Azərbaycana aid olduğu təsdiqlənib. Buna rəğmən, Bakı ilə İrəvan arasındakı münasibətlər tam normallaşmadan Türkiyənin Ermənistanla normallaşma addımları atacağını zənn etmirəm. Ümumiyyətlə, çox qısa müddət ərzində Rusiyanın təzyiqləri ilə Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olacağını düşünürəm.
– Rusiya Prezidenti Vladimir Putinin bu ay Türkiyəyə səfər etməsi gözlənilir. Sizcə, Putinin Ankara ziyarətində əsas gündəm mövzuları nələr olacaq?
– Məncə, Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri zamanı bir çox məsələlər müzakirə olunacaq. Onlardan biri "Taxıl sazişi" olacaq. Düşünürəm ki, Vladimir Putin ilə Rəcəb Tayyib Ərdoğan görüşündə Suriya və Qarabağ məsələsi də müzakirə olunacaq. Ankara Ermənistanın Azərbaycanla sülh müqaviləsinə yönləndirilməsini Moskvadan tələb edə bilər. Hətta iki lider arasında Rusiyanın Şimali Kipr Türk Respublikasını (ŞKTR) tanıması ilə bağlı da danışıqlar ola bilər. Amma bunun tam olaraq nəticəyə yönəlik siyasətə dönüşəcəyini indidən demək çətindir. Lakin fikrimcə, bütün bu məsələlərin ələ alınacaq.
Ümumiyyətlə, hazırda Türkiyə ilə Rusiya arasında çoxistiqamətli işbirliyi var. Tərəflər arasındakı iqtisadi və ticarət əlaqələri də çox əhatəli və böyükdür. Həmçinin, Ankara ilə Moskva arasında siyasi məsələlərdə bir dialoq mexanizmi var.
– Nigerdəki hərbi qiyamın ardında Rusiyanın dayandığı iddia olunur. Vladimir Putin bu həmləsi ilə Fransanı Niger və Afrikadan çıxarmağı hədəflədi?
– Mən Nigerdəki qiyamın ardında Rusiyanın olduğunu zənn etmirəm. Üstəlik, Qərb ölkələri də qiyamın arxasında Rusiyanın olduğunu təsbit edə bilmədiklərini söyləyirlər. Afrikadakı ölkələrin böyük əksəriyyəti Fransanı öz ərazilərindən çıxarmaq istəyir. Çünki fransız şirkətləri həmin ölkələrin təbii sərvətlərini mənimsəyirlər. Hətta həmin ölkələrə və oradakı insanlara bunun qarşılığında heç nə vermirlər. Bu da illərdir yığılan bir qəzəbə çevrilib.
Dolayısı ilə bu qəzəbin yaratdığı olaylardan biri də Nigerdəki qiyam oldu. Daha öncə bənzər prosesləri Mali və digər ölkələrdə də gördük. Ona görə də bunu "Rusiya Nigerdə çevriliş edib, Fransanı oradan çıxartdı" kimi dəyərləndirməyin səthi olacağını düşünürəm. Amma onu demək lazımdır ki, Fransadan boşalan yerlərə sadəcə Rusiya deyil, Türkiyə və Çin də daxil olur. Yəni Afrikada böyük bir mübarizə var. Bu mübarizədə Qərb ölkələri çətin vəziyyətdədirlər. Üstəlik, afrikalı xalqlar Qərb ölkələrinə də qəzəblidirlər.
– Son zamanlarda Ukraynanın Krımı hədəf aldığını görürük. Bəs bu ehtimal olunan "Krım əməliyyatı"na hazırlıq məqsədi daşıya bilər? Ümumiyyətlə, Ukraynanın Krımı işğaldan azad etmə ehtimalları nə qədərdir?
– Məncə, Ukraynanın Krımı hədəf alması "Krım əməliyyatı"nın xəbərçisi ola bilməz. Üstəlik, Ukraynanın mövcud hərbi balansda Krımda hərbi əməliyyat keçirməsi və ya Krımı silah gücü ilə geri alma ehtimalı da sıfıra bərabərdir. Ukraynalıların Rusiya qüvvələrinə qarşı Baxmut bölgəsində etməyə çalışdığı əks-hücum planı da tamamilə nəticəsiz qaldı. Qərb mediasındakı təhlillərə baxanda görürük ki, Ukraynanın normal bir əks-hücumu belə olmayıb. Çünki Ukrayna hərbi cəhətdən pərişan olmuş və inanılmaz itkilər vermiş vəziyyətdədir. Hətta onların bu müharibəni daha çox davam etdirməsi də asan olmayacaq.
Əgər NATO ölkələri özləri müharibəyə daxil olmasa, Ukraynanın çox uzun müddət tab gətirə bilməsi mümkün deyil. Ora bəlkə, "dondurulmuş münaqişə" bölgəsinə çevrilə bilər. Bu da Rusiyanın istədiyini əldə etməsi mənasına gələcək. Bununla da, Ukrayna heç bir zaman NATO-ya üzv ola bilməyəcək. Yəni hazırda Ukraynanın hərbi gücü sayəsində Krımı və digər torpaqlarını geri alması fantaziya kimi səslənir.
Elmir Kamal,
KONKRET.az

Siyasi       Tarix: 12 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Tramp: "ABŞ husilərlə daimi əlaqə saxlayır"

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Yəmənin üsyançı "Ənsar Allah" husi hərəkatı ilə daimi əlaqə saxladığını bildirib. "Fox News" telekanalına istinadən xəbər verir ki, bu barədə telekanalın efirind

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığ

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

1990-cı illərdən 2023-ə: Qarabağda suverenliyin bərpasına gedən yol – TƏHLİL

1990-cı illərin əvvəllərindən etibarən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti nəticəsində ölkənin beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsi işğal olunub, yüz minlərlə Azərbaycan vətəndaş

Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR

Belçikanın paytaxtı Brüsseldə ictimai yerlərdə tətbiq olunan alkoqol qadağasının müddəti daha 4 il uzadılıb. xarici mətbuata istinadən xəbər verir ki, Belçikanın rəsmi xəbər agentliyi "Belga"nın məlumatına görə

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - FOTO

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Nyusmaks"a (Newsmax) müsahibəsində

Azərbaycan Pakistana başsağlığı verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanda törədilən terror aktında çoxsaylı insan ölümü ilə bağlı bu ölkəyə başsağlığı verib. xəbər verir ki, bununla bağlı XİN-in "X"dəki hesabında paylaşım olunub. "Pakistanı

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

Putinin partiyası nə qədər səs toplayıb?

Bülletenlərin 90,43%-nin sayılmasından sonra Vahid Rusiya Partiyası Dövlət Dumasına seçkilərin federal seçki dairəsi üzrə səslərin 57,86%-ni qazanıb. xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb


yeni xeberler son xeberler azerbaycan xeberleri futbol xeberleri sonxeber bugun xeberler xeber.az