Türkiyə və Azərbaycan birliyindən yaranan güclə hamı hesablaşmalı olacaq

Türkiyə və Azərbaycan birliyindən yaranan güclə hamı hesablaşmalı olacaq30 ilə yaxın işğal altında olan torpaqlarımız xalqın məhəbbətini, inamını qazanmış Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, diplomatiyası və müharibədəki qətiyyətli qərarları nəticəsində cəmi 44 gün ərzində möhtəşəm Zəfərlə geri alındı. 
Vətən müharibəsi başlayan andan Türkiyə Azərbaycanın yanında oldu və Azərbaycanın tək olmadığını söylədi. Bu, vətən torpaqlarımızı işğaldan azad etmək uğrunda mübarizədə bizi daha da ruhlandırdı. Çiynimizdə dost, qardaş əli hiss etdik.
Eyni dildə danışan, eyni dinə, eyni mədəniyyətə, eyni adət-ənənəyə sahib olan Azərbaycan və Türkiyə əsrlərdən bəri qardaş ölkələr olaraq biri-birinə dar günlərdə kömək, arxa-dayaq olmuşdur.
Yüz il əvvəl Azərbaycandan ayrı salınan Naxçıvanın təhlükəsizliyinin qorunması üçün Qars müqaviləsi imzalanmışdır. Yüz il sonra – 2020-ci ildə Azərbaycanın öz torpaqlarını möhtəşəm Qələbəylə geri almasından sonra isə Türkiyə və Azərbaycan arasında müttəfiqlik haqqında Bəyannamə imzalandı. Olduqca qürurverici hal idi ki, bu müttəfiqlik bəyannaməsinin imzalanması məhz Şuşa şəhərində baş tutdu.
Tədbir ermənilərin vəhşiliklərini, vandallıqlarını bütün dünyaya nümayiş etdirmək üçün, işğal zamanı ermənilərin xarabalığa çevirdikləri Şuşanın sonuncu xanı Mehdiqulu xanın qızı Xurşudbanu Natəvanın evinin qarşısında keçirildi. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev burada Qars muqaviləsini xatırlatdı: "Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ böyük önəm daşıyır".
Hər iki görkəmli dövlət xadimlərinin - Türkiyə Prezidenti Rəcəb Tayyub Ərdoğan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu müttəfiqlik aktının məhz azad Şuşada imzalamaları bütün dünyaya bir mesaj idi. Bununla rəsmi Bakı öz qələbəsini bir daha təsdiqləyirdi. Azərbaycana qarşı hər hansı bir çirkin niyyətdə, torpaq iddiasında olanlara konkret mesaj verilirdi ki, nəticədə onlar hər iki ölkənin böyük gücü ilə üzləşəcək.
Hərbi sahədə əməkdaşlıq, müttəfiqlik və iki dövlətin birgə ordu qüvvələri böyük hərbi güc deməkdir və belə güclə hamı hesablaşmalı olacaq. Bu sənəd Azərbaycanın və Türkiyənin təhlükəsizliyinin qorunması istiqamətində imzalanan olduqca mühüm və tarixi bir sənəddir.
Bu sənəd eyni zamanda tarixə əsaslanır. Belə ki, Bəyannamədə Azərbaycanın dahi rəhbəri Heydər Əliyevin və Türkiyənin lideri Mustafa Kamal Atatürkün məşhur və dahiyanə kəlamları öz əksini tapıb. XX-ci əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir",  XX-ci əsrin sonunda isə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev demişdir ki, "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir".
Artıq Azərbaycan və Türkiyə hər hansı bir təhlükə baş verərsə, biri-birini açıq şəkildə qoruya bilər.
Prezident İlham Əliyev söyləmişdir ki, bu gün müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı öz-özlüyündə hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatıdır.
Azərbaycanı və Türkiyəni birləşdirən Zəngəzur dəhlizi türk dövlətlərinə böyük üstünlük qazandıracaq. İki qardaş ölkə bir-birinə ruhən yaxın olduğu kimi, məsafə ilə də yaxınlaşacaq. Bu dəhliz bütün türk dünyasını bir araya gətirəcək. 
Bu birlik, bu güc, bu yaxınlıq nəticəsində ölkələrimiz həm siyasi, həm də iqtisadi cəhətdən daha da irəliləyəcək. 
Türkiyə və Azərbaycan birliyindən yaranan güclə hamı hesablaşmalı olacaq.
Şəhla Ağbulud

Siyasi       Tarix: 17 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - FOTO

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Nyusmaks"a (Newsmax) müsahibəsində


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən xəbər cəbhədən son xəbər xeberler bu qun xabarlar