Türkiyə, yoxsa Uels? - Qalib bu komanda olacaq - PROQNOZ

Türkiyə, yoxsa Uels? - Qalib bu komanda olacaq - PROQNOZBu axşam Türkiyə ilə Uels qarşılaşacaq.
Bakıda baş tutacaq oyunla bağlı jurnalistlərin fikirlərini öyrənməyə çalışdıq.
İdman jurnalisti, televiziya aparıcısı Sənan Şəfizadə dedi ki, Uels millisi heyət baxımından Avro-2020 çempionatında böyük iddialar üçün mübarizə aparmağa hazır deyil: "Yalnız Qaret Beyl ilə böyük hədəflərə çatmaq olmaz. Beyl sanki komandadan kənarda qalıb və tək komandaya kömək etmək istəyir, bu da alınmırdı. Bugünkü oyunda müəyyən mənada vəziyyət Türkiyənin xeyrinədir. Mən Bakıda Türkiyənin oynamasını "evdə" keçirilən oyun kimi qəbul edirəm. Tribunalarda olan izləyicilər Türkiyəni dəstəkləyəcəklər. Satılan 31 000 biletdən cəmi 3000 Uels dəstəkləyicisi olacaq və bu, düşünürəm ki, çox deyil. Bu oyunda Türkiyənin siyasi rəhbərliyi olacaq, Türkiyə Prezidenti izləyəcək. Fikrimcə, Türkiyə 2-1 hesabı ilə Uelsi məğlub edəcək".
İdman aparıcısı İlkin Xəlilov qeyd etdi ki, Türkiyə növbəti mərhələyə keçmək üçün qələbə qazanmalıdır: "Türkiyə ilk oyunda məğlub oldu. Növbəti mərhələyə keçmək üçün bugünkü görüşdə qələbə mütləqdir. Türkiyənin xeyrinə olan faktorlar yəqin ki, hər kəsə bəllidir. Üstəlik, oyunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan izləyəcək. Bu da onlar üçün əlavə stimuldur. Biz əvvəlki turnirlərdə də görmüşük ki, həlledici oyunlardan uğurla çıxmağı bacarırlar. Düşünürəm ki, Türkiyə 2-1 hesabı ilə qalib gələcək".
Jurnalist Tural Turanın fikrincə, bol qollu bir oyunun şahidi olacağıq: "Türkiyə yığmasını Bakıda gərgin oyun gözləyir. Türk yığması ilk oyundan məğlub dönüb, Uels isə ötən oyun ilk xalı aktivinə yazdıra bilib. Bu baxımdan uelslilər türklərə nisbətən bir o qədər də psixoloji gərgin deyil. Türklər üçün bu oyun "ölüm-dirim" savaşı olacaq. Gənc türklər Beylli Uels yığmasının müqavimətini qırmaqda çətinlik çəkəcək. Çünki Şenol Günəşin birinci oyunda meydana buraxmadığı, ehtiyatda saxladığı "gizli silahı" yoxdur. Fikrimcə, bu oyun bol qollu heç-heçə ilə yekunlaşacaq. Mən hesabın 2:2 nəticələnəcəyini düşünürəm".
Rahib Ələsgərov /publika.az

İdman       Tarix: 16 iyun 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

Bakıda FIFA DÇ həyəcanı başlayır

Bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalı start götürəcək. xəbər verir ki, tarixdə ilk dəfə təşkil olunacaq mundiala Azərbaycan ev sahibliyi edəcək. Dünya çempionatında 189 ölkənin iştirak

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

Qazancına görə bütün futbolçuları geridə qoydu

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo 2 milyard dollardan çox qazanan ilk aktiv idmançıdır. xəbər verir ki, hesablamaya vergilər və agent haqları xaric olmaqla maaşlar, bonuslar, reklamlar və biznes gəlirləri daxildir

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

Millimiz dünya çempionatına qələbə ilə başladı

Azərbaycan millisi Bakıda keçirilən 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalında mübarizəyə başlayıb. KONKRET.azAZƏRTAC-a istinadən xəbər verir ki, U-16 yığmamız Bakı Kristal Zalında Timor-Leste komandas


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler azerbaycan xabarlar valyuta məzənnələri xeberler bu gun