Türkiyədə Azərbaycan hərbçilərinin qatıldığı 'Erciyes-2023' təlimləri başa çatdı
Türkiyədə Azərbaycan hərbçilərinin də qatıldığı "Erciyes-2023" təlimləri başa çatıb.
azxeber.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, təlimlərdə Azərbaycanla yanaşı, Gürcüstan, Pakistan, Liviya, İspaniya, İtaliya və Özbəkistan da müşahidəçi kimi təmsil olunub.
Təlimlərdə 652 nəfərlik şəxsi heyət, 67 nəqliyyat vasitəsi, 5 təyyarə və 354 müxtəlif növ silahlardan istifadə olunub.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi də sözügedən təlimlərlə bağlı məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyənin Kayseri şəhərində keçirilən "Erciyes - 2023" təlimində iştirak ediblər. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının cəlb olunduğu təlimdə qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib.
"Erciyes - 2023" təlimində əsas diqqət qarşılıqlı əlaqədə fəaliyyətlər zamanı döyüş uzlaşmasının təmin edilməsi, təcrübə mübadiləsi və peşəkarlığın artırılması, eləcə də hərbi qulluqçuların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəldilib.
Xidmetler [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ