Türkiyədə daha iki göl qurudu
Türkiyədə isti hava şəraiti səbəbindən quruyan göllərin sayı artıb.
Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, ölkənin Konya və Afyonqarahisar bölgələri arasında yerləşən Ağşəhər gölünün suyu tamamilə buxarlanıb.
Göldən geriyə yalnız çatlarla örtülü geniş torpaq səhəsi qalıb.
Bir vaxtlar 5-6 metr dərinliyində olan gölün qurumasında nizamsız suvarmanın da rolu olduğu bildirilib.
Bununla yanaşı, Adananın suvarma və enerji təchizatında mühüm əhəmiyyətə malik Seyhan bənd gölündə də sular qeybə çəkilib. Su hövzəsinin quruması nəticəsində sahildən yüz metrlərcə uzaqda olan Sevgi adasına aparan yol illər sonra yenidən ortaya çıxıb. /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək